1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:01.07.2019 14:03:27

ABŞ prezidenti Türkiyə ilə bağlı danışıb.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp G20 sammitinin  yekunlarına dair mətbuat konfransında bəyan edib ki, Türkiyənin Rusiyadan S-400 ZRK sistemləri alması məsələsində, Ağ Ev Türkiyə ilə münasibətdə özünü “ədalətsizcəsinə” aparıb.

Tramp xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan “Patriot” ZRK-lərini almağa hazılaşırdı, lakin əvvəlki ABŞ administrasiyası bu məsələdə Ankaraya rədd cavabı verib.

“O, “Patriot” raketlərini almaq istəsə də, prezident Obamanın ətrafı “yox” deyib... O, onları ala bilmədi, amma onlar ona müdafiə üçün zəruri idi. O zaman o, Rusiyaya müraciət etdi”, - deyə Tramp qeyd edib.

Üstəlik, onun sözlərinə görə, Türkiyə Rusiyadan ZRK-ləri aldıqdan sonra, ABŞ öz narazılığını bildirərək, Ərdoğanı həmin sazişdən imtina etməyə səsləyib.

“O, saziş bağladı, pul xərclədi, çoxlu pul yatırdı. O, onları alan kimi, ölkəmizdən olan insanlar ona zəng etdilər və dedilər ki, “qulaq asın, biz sizin həmin sistemləri almağınızı istəmirik, çünki o, NATO sistemi deyil”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Türkiyəyə qarşı bu cür siyasət doğru olmadı.

“Sizə düzünü deyəcəyəm, mən tam şəkildə öz ölkəmin tərəfindəyəm, lakin biz onlara qarşı ədalətsizlik etdik”, - deyə o etiraf edib.


Trampdan etiraf: Ərdoğana qarşı ədalətsizlik etdik...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı
    Səudiyyə Ərəbistanı İranda yeni koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar vətəndaşlarına və ölkədə yaşayan əcnəbilərə xəbərdarlıq edib.
     22.02.2020
    İranın ABŞ bazasına hücumunda yaralanan hərbçilərin sayı 110 oldu
    İranın ABŞ-ın İraqdakı bazasına endirdiyi raket zərbələri nəticəsində kontuziya alan hərbçilərin sayı 110-a çatıb.
     22.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ