EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.10.2019 13:16:27

Sabiq respublikaçı qubernator Mark Sanford hazırkı siyasi ab-havadan istifadə edərək Respublikaçılar partiyasını prezidentdən geri almağa ümid edir.

İslamazeri.com-un "Voa"ya istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasındakı Demokratların prezident Donald Trampın 2020-ci il prezident seçkilərinə xarici ölkənin müdaxilə etməsini istəməsinə dair ittihamlar səbəbilə başlatdıqları impiçment araşdırması Birləşmiş Ştatlar üçün həssas bir vaxta təsadüf edib. Ölkədə praymerilərin ilk keçirildiyi Nyu Hempşir ştatının seçiciləri artıq bir sıra Demokrat namizədləri və prezidentin Respublikaçı rəqiblərini nəzərdən keçirir. Bu seçicilər deyir ki, impiçment araşdırması onların seçiminə təsir göstərir.

Brandon Kollins 2016-cı ildə Donald Trampa səs verib. Lakin bu dəfə o başqa bir Respublikaçı namizədi nəzərdən keçirir.

“Donald Tramp qeyri-müəyyəndir. Bundan əlavə doğruluq aspekti də var ki, məncə bu çox mühümdür. Firkrimcə, təcrübə də vacibdir və Mark böyük təcrübəyə malikdir”,Nyu Hempşirli seçici Brandon Kollins bildirib.

Sabiq respublikaçı qubernator Mark Sanford hazırkı siyasi ab-havadan istifadə edərək Respublikaçılar partiyasını prezidentdən geri almağa ümid edir.

“Ağ Evdə baş verənlər üçüncü dünyadakı bir Banan Respublikasında baş verənlərə bənzəyir nəyinki insanların tarixən Amerika dediklərində ağıllarına gələn tədbir və sistemlərə”, prezidentliyə Respublikaçı namizəd Mark Sanford bidlirib.

İmpiçment araşdırmasına baxmayaraq Tramp Respublikaçı namizədlər arasında ən çox dəstəyə malikdir.

Trampı məğlub edən olacaqsa, o Demokrat olacaq.

Demokratlar partiyasının öndə gedən namizədi Co Bayden Trampın xarici ölkədən seçkiyə müdaxilə istəyinin mərkəzindədir. Onun güclü müdafiəsi çoxlarının xoşuna gəlir.

“Məncə Tramp bullidir. Məncə o yalnız insanlar ona hücum edəndə nəyisə anlayır. Mən şadam ki, Bayden nəhayət bunu etdi. Mən şadam ki, o, impiçmenti dilə gətirdi. Mən ümid edirəm ki, Demokratlar güclənəcək”,nyu hempşirli seçici Randi Nyukam deyir.

Trampa qarşı rəqabət aparacaq Demokrata ilk nyu hempşirli seçicilər ses verəcək. Onlar deyir ki, prezidentin təhlükələrinin qarşısını almaq hər hansı müəyyən namizədi seçməkdən daha vacibdir.

Nümayəndələr Palatasının impiçment araşdırmasının başa çatmasının qeyri-rəsmi son möhlət tarixi fevral ayında Nyu Hempşirdə keçirilən praymeridir. Amma bəzi seçicilər deyir ki, impiçment araşdırmasına siyasət qarışdırılmamalıdır.

“Oyun oynamayın, siyasət oynamayın. İmpiçmentə səs verin və onu cavabdeh tutun. Siyasət deyəndə mən bu sualı vermək istəyirəm: yenidən seçilməklə bağlı narahat olmağa son qoyub, seçilərkən görməli olduğunuz işləri nə zaman görəcəksiniz?”– nyu hempşirli seçici Marşa Miller söyləyib.

Demokratların bu suala cavab vermələri üçün cəmi dörd ayları var.


Trampa qarşı İmpiçment araşdırması seçicilərə təsir edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019
     İslami Cihad: İsrail senzurasını qırıb həqiqətləri göstərməmiz Netanyahunu atəşkəs yalvarışına sürüklədi
    İsrailin təklif etdiyi atəşkəs "İslami Cihad" hərəkatı tərəfindən qəbul edilməsilə bağlı xəbərlər yayılıb
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ