EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:29.11.2019 08:50:48

Tramp ABŞ və Talibanın danışıqlar apardığını və Talibanın atəşkəs məsələsinə açıq olduğunu bildirib.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trump "Şükran günü"nü Birləşmiş Ştatların hərbi qüvvələri ilə qeyd etmək üçün Əfqanıstana gözlənilmədən səfər edib.

Tramp ABŞ və Talibanın danışıqlar apardığını və Talibanın atəşkəs məsələsinə açıq olduğunu bildirib.

Tramp Baqram hərbi hava bazasına yerli vaxtla axşam saat 8:30-da yetişib və iki saat orada olub. Müxbirlərə prezidentin təhlükəsizliyinin təmin edilməsi məqsədilə səfərin gizli saxlanması haqda göstəriş verilib.

Səfər Trampın Kabildə Amerika əsgəri də daxil olmaqla, 12 nəfərin ölümülə nəticələnmiş bomba hücumunun ardınca Talibanla danışıqları qəfil dayandırmasından iki aydan çox vaxtın keçdiyi zaman edilib.

Trampın səfəri eyni zamanda, impiçment prosesinin davam etdiyi vaxt onun prezidentliyi üçün mürəkkəb bir dövrə təsadüf edir.

ABŞ prezidenti və birinci xanım Melaniya Tramp keçən il Milad bayramı zamanı İraqa - ilk dəfə olaraq münaqişə zonasına səfər etmişdi.

Vitse-prezident Mayk Pens də bu həftə İraqda ABŞ hərbi qüvvələrini ziyarət edib.


Tramp "şükran günü" gözlənilmədən Əfqanıstana səfər edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Quran insanla danışır, Füzeyllə danışdığı kimi
    İslamazeri.com-un "Din" rubrikasından...
     26.05.2020
    Azərbaycanda koronavirusa yoluxanların 64 faizdən çoxu sağalıb
    Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     26.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ