1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.06.2019 17:19:54

ABŞ prezidenti öz müşavilərinə İranla bağlı səslənib.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp öz müşavirlərini İranın ünvanına sərt və militarist bəyanatlardan çəkinməyə səsləyib.

Tramp öz yaxın məsləhətçiləri ilə şəxsi görüş zamanı onları İranla bağlı sərt ictimai bəyanatlardan uzaq olmağa və Ağ Evin İrana qarşı müharibə başlatmaq qərarı haqda bəyan etməməyə səsləyib.

Tramp öz müşavirlərindən İranla bağlı bəyanatlarını yumşaltmağı tələb edib. Pentaqon da öz bəyanatında qeyd edib ki, İranla hərbi gərginliyə can atmır.

İddia edilir ki, “Fox News” telekanalının aparıcısı Taker Karlson son həftələr Trampa İranla bağlı məsləhətlər verib. Jurnalist, guya ki, Ağ Ev başçısını hərbi ssenarinin həyata keçirilməsindən imtina etməyə çağırıb. Qeyd edək ki, iddialara görə, milli təhlükəsizlik üzrə məsləhətçi Con Bolton və dövlət katibi Maykl Pompeo İranla müharibə ideyasının ən qatı tərəfdarlarından biridir.


Tramp qorxuya düşdü: “İranla ehtiyatlı olun!”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ