"Bizim strateqlər və professional hərbçilər buna son dərəcə skeptik yanaşırlar."

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatı ilə mübarizədə Rusiya ilə əməkdaşlığı genişləndirmək niyyətində deyil.
Bu haqda məlumatı bir sıra ABŞ KİV-ləri vəziyyətlə tanış olan mənbələrə istinadən veriblər.
Məlumata əsasən, İŞİD-lə mübarizədə ABŞ və Rusiyanın əməkdaşlığının genişləndirilməsi sırf simvolik xarakter daşıya bilər.
“Bizim strateqlər və professional hərbçilər terrorçuluqla mübarizədə Rusiya ilə əməkdaşlığın xeyr gətirəcəyininə son dərəcə skeptik yanaşırlar. Məlum şəraitdə söhbət yalnız qəsdsiz atəşdən xəbərdar etmək və hərbi əməliyyat zonasında qarşılıqlı ziyanın olmamasından gedə bilər.”, - deyə mənbədən qeyd ediblər.
Tramp İŞİD-lə mübarizədə Rusiya ilə əməkdaşlıq fikrindən döndü