1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:19.04.2017 11:30:36

"Independent" qəzeti Amerikanın Suriyada baş verən son hücumlarda həyatını itirən uşaqlar qarşısında niyə səssiz qaldığını sorğulayıb.

İslamazeri.com xəbər verir ki, "Independent" qəzeti Amerikanın Suriyada baş verən son hücumlarda həyatını itirən uşaqlar qarşısında niyə səssiz qaldığını vurğulayaraq; "Onlarca uşaq Suriyada keçirilən son hücumlarda həyatını itirdi. Ancaq Amerika Prezidentininin həyatlarını itirən bu uşaqların nə qədər məsum olduqlarına dair çıxışı haradadır? Avropa Birliyi (AB) və Böyük Britaniyanın bu hücumları pisləyən açıqlamalarına nə oldu? Qərb şiələr terrorizmin qurbanı olanda da birmənalı reaksiya göstərməlidir" açıqlamasını edib.

Xəbərdə, Amerikanın Suriyada baş verən kimyəvi hücum sonrası sürətli bir şəkildə reaksiya göstərdiyinə işarə edilərkən; "Suriyada 70 adamın həyatını itirməsinə yol açan kimyəvi hücumun sonrasında Tramp Suriyaya sürətli bir şəkildə hava hücum əmri verdi. Donald Tramp Bəşər Əsədi şeytan və heyvan olaraq tanıdarkən Amerika mediası da bunu dəstəklədi. AB də eyni zamanda bu hücumları şiddətlə qınadığını bildirib. İngiltərə baş verən hücumu vəhşilik olaraq gördüyünü ifadə edərkən, bütün Qərb liderləri Əsəd hakimiyyətinin bir an əvvəl sonlanması lazım olmasında həmfikir oldular" ifadələrindən istifadə edilib.

Fua və Kəfərya mülki sakinlərinin təxliyəsini həyata keçirən avtobuslara qarşı intihar hücumunda 126 dinc sakin həyatını itirərkən bunlardan 80 nəfərin uşaq olduğu bildirilib. Ancaq Ağ Evdən bu vaxta qədər sözügedən hücuma dair ən kiçik bir qınama və açıqlama edilməyib. Həyatını itirənlərin sayı sözügedən kimyəvi hücumdan daha çox olmasına baxmayaraq Amerika Prezidenti sosial mediadan daha bir bəyanat vermədi. Amerika dəniz qüvvələri Suriya səmalarına tək bir raket belə atmadı. AB ən kiçik bir reaksiya belə vermədi. Və İngiltərənin bütün vəhşilik açıqlamaları bir anda qurtardı.


Tramp Fua və Kəfəryada ölən uşaqları məsum görmürmü?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Muhəmməd Husi xalqı döyüş cəbhələrinə səsləyib
    Yəmənin Ali İnqilab Komitəsinin sədri xalqdan, müharibə cəbhələrini doldurmağı istəyib.
     19.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ