1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:26.05.2019 17:48:49

Donald Tramp ölkəsinin başlatdığı İraq əməliyyatını şərh edib.

İslamazeri.com-un TASS-a istinadən verdiyi xəbərə əsasən, ABŞ 2003-cü ildə, o vaxtkı İraq prezidenti Səddam Hüseyni devirmək məqsədi ilə İraqa soxulmamalı, həmçinin Yaxın Şərqdəki hərbi mövcudluğunu gücləndirməməli idi.

Bu sözləri ABŞ prezidenti Donald Tramp jurnalistlər qarşısında çıxış edərkən bildirib.

Sualları cavablandıran Tramp Abş-ın son illər Yaxın Şərqdəki hərbi mövcudluğununun miqyasını ciddi şəkildə azaltması fikri ilə razılaşmayıb.

“Xeyr, mən belə düşünmürəm. Hesab edirəm ki, biz (ümumən) orada olmamalı idik. Mən də bu qarmaqarışıqlığın varisi oldum. Biz orada olmalı idik mi? Xeyr, olmamalı idik”, - deyə o qeyd edib.

Üstəlik o dəqiqləşdirmə edərək söyləyib ki, hər şeydən öncə ABŞ prezident oğul Corc Burşun başlatdığı İraq əməliyyatı barədə danıışr.

“Biz Ümumdünya Ticarət Mərkəzini məhv etməyən İraqa girməli, İraqa hücum etməli idik mi? Bu, terrorçuluğun artmasına səbəb olmayan ölkə idi. İraqda terrorçular dərhal məhv edilirdi”, - deyə Tramp bəyan edib.

“İndi isə söhbət mürəkkəb vəziyyətdən gedir. Mənə elə gəlir ki, biz Yaxın Şərqdə olmamalı idik”, - deyə o əlavə edib.

Bundan başqa, Tramp Suriya və İraqda İŞİD terror təşkilatının məhv edilməsində özünün əsas rol oynadığını deyib.

“Bununla belə, biz əla bir iş gördük. Mən İŞİD-lə mübarizəni davam etdirdim. Biz (İŞİD-in) xilafət(in)i 100% məhv etdik”, - deyə o bildirib.


Tramp Buşu qınadı: Biz İraqa girməməli idik...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müqavimətin yanında qalacağıq - Bəşər Əsəd
    Suriya prezidenti keçən həftə həmkarlar ittifaqlarından ibarət 150 xarici nümayəndə heyətini qəbul edib
     18.09.2019
    Uşaqları zərərli informasiyalarla “zəhərləyənlər” dörd min manatadək cərimələnəcək
    Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləği müəyyənləşib.
     18.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ