1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.09.2019 16:24:34

O'Brayan bu vəzifədə ötən həftə işdən kənarlaşdırılmış Con Boltonu əvəzləyəcək.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Robert O’Brayanı özünə yeni milli təhlükəsizlik müşaviri seçib.

O'Brayan bu vəzifədə ötən həftə işdən kənarlaşdırılmış Con Boltonu əvəzləyəcək.

“Mən hazırda Dövlət Departamentində Girovlar Üzrə Xüsusi Prezident Elçisi qismində çox uğurla fəaliyyət göstərən O'Brayanı yeni Milli Təhlükəsizlik Müşaviri təyin edəcəyimi məmnunluqla elan edirəm,” Tramp yazıb.

Tramp əvvəlki müşaviri Boltonu Şimali Koreya siyasəti üçün “fəlakət”, Venesuelada “sıradan xaric” olmaqda qınamış və onu administrasiyanın başqa rəsmiləri ilə yola getməməkdə günahlandırmışdı.

Trampın dördüncü milli təhlükəsizlik müşaviri olacaq O'Brayan beş namizəd içərisindən seçilib.

2018-ci ilin mayından Dövlət Departamentində çalışan O'Brayanı Tramp bu ilin əvvəlində A$AP Rocky adlı amerikalı artistin məhkəmə işini izləmək üçün İsveçə göndərmişdi. Musiqiçi fiziki hücuma görə məhkum edilmişdi.

O'Brayanın Stokholmdakı mövcudluğu Trampın etikadan kənar olaraq müttəfiq ölkənin ədliyyə məsələlərinə müdaxilə ilə bağlı tənqidlərlə qarşılanmışdı.

2005-ci ildə Prezident Buş O'Brayanı BMT Baş Assambleyasına nümayəndə təyin etmişdi ki, bu vəzifədə O'Brayan ABŞ-ın BMT-də həmin vaxt səfiri olan Con Boltonla işləmişdi.


Tramp Boltonun yerinə adam tapdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran ABŞ casusunu edam etdi
    Edam edilən şəxs İran MN-in aerokosmik sektorunun keçmiş əməkdaşı olub.
     14.07.2020
    Düşmənin kapitan və mayoru məhv edildi - İtkilərini gizlədə bilmir...
    İşğalçı Ermənistan rejiminin mayor və kapitanı öldürülüb.
     14.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ