1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:28.03.2017 17:18:40

Tramp rəhbərliyinin artan Rusiya təsirinə baxmayaraq, Balkan regionunu prioritetləri arasına almaması Vaşinqtonda narahatlıqla qarşılanır...

İslamazeri.az xəbər verir ki, Vaşinqton mərkəzli ideoloji təşkilat "Atlantik Council" Balkan regionunun ABŞ Prezidenti Donald Trampın prioritetləri arasında olmadığını, ancaq Amerikanın regionu diqqətlə izləməyə davam edəcəyini açıqlayıb.

 

BALKAN REGİONU KİMƏ AİDDİR?

 

"Atlantik Council"in sədr müavini Demon Uilson "Bir coxumuz Balkan regionunda baş verənləri diqqətlə izləyirik və hadisələrdən narahatıq",- açıqlamasını verib.

Uilson BIRN xəbər agentliyinə verdiyi açıqlamada "Çox təlatümlü bir dövrdən keçirik. Rusiya Avropa ilə inteqrasiya prosesində Balkan regionunu alt-üst etməyə çalışır. Bu vəziyyətdə də, açığı, regionun, həqiqətən, ABŞ-la əlaqələri olan Avropaya aid olub-olmadığı sualı ortaya çıxır",- deyib.

 

BOSNİYA VƏ HERSEQOVİNADA PARÇALANMA TƏHLÜKƏSİ

 

2017-ci ilin ilk günlərindən bu yana bəzi Balkan dövlətləri siyasi və etnik baxımdan təlatümlü bir dövr yaşayır.

Bosniya və Herseqovinada serblərin nəzarətindəki Serb Respublikasının rəhbəri Milorad Dodik referendum qərarı ilə Bosniya və Herseqovinadan ayrılmağın yolunu axtarır.

Dodikin Bosniya və Herseqovinada dağıdıcı fəaliyyət göstərdiyini deyən Uilson "Dodik odla oynayır. Regionun parçalanmasını istəyən Moskvanın istifadə etdiyi bir vasitə olub. Əgər Balkan regionu bölünüb parçalanarsa, regionun Avropa İttifaqına daxil olması mümkün olmayacaq", - deyə o bildirib.

 

MONTENEQRODA ÇEVRİLİŞ HƏMLƏSİ

 

Monteneqroda Rusiya tərəfdarı müxalifət partiyaları parlamenti boykot edir. Onlar oktyabrda keçirilən seçkilərdə qanunsuzluq olduğunu iddia edirlər.

Monteneqro rəsmiləri serb, monteneqrolu və rusiyalılardan ibarət bir qrupun 16 oktyabr seçkilərində çevriliş planlayaraq parlamentə hücum etmək və baş nazir Milo Cukanoviçi öldürmək niyyətində olduqlarını deyir.

Uilson baş verən hadisələrdə sadəcə serblərin və radikalların deyil, Moskvanın da barmaq izlərinin olduğunu bildirir.

 

SERBİYA VƏ KOSOVA ARASINDA GƏRGİNLİK

 

Serbiya və Kosova arasında gərginliyin getdikcə artması Balkan regionunda narahatlığa səbəb olan digər bir məsələdir.

İki ölkə arasındakı gərginlik 14 yanvarda ən yüksək həddə çatmışdı.

Serbiya bu tarixdə Serbiya bayrağının rənglərinə boyanmış və üzərində 21 dildə "Kosovo Serbiyadır" yazan bir qatarı Belqraddan Kosovanın serb rəhbərliyindəki Mitroviça qəsəbəsinə doğru yola çıxarmışdı.

Uilson Serbiyanın Rusiya ilə dostluq münasibətlərinə davam edəcəyini, ancaq ölkənin gələcəyi üçün yeganə çıxış yolunun Avropa Birliyində olduğunu deyir.

 

MAKEDONİYADA QANUNSUZ DİNLƏMƏ QALMAQALI

 

Makedoniya 11 dekabrda keçirilən seçkilərin ardınca hökumətini ancaq qura bilmiş Balkan ölkəsidir.

Hökumətin qurulmasının bu qədər uzun sürməsinin ardınca müxalifət qanadının baş nazir Nikola Qruevskini qanunsuz dinləmə qalmaqalından məsul tutmasından irəli gəldi.

Qruevski gizli olaraq edilmiş bu dinləmələrin xarici kəşfiyyat xidməti tərəfindən müxalifət qanadına ötürüldüyünü iddia edib.

 

BALKAN REGIONU BÖHRANA SÜRÜKLƏNİR

 

Bosniyada olanlara, Makedoniyada davam edən təlatümlərə, Piriştinadakı daxili çəkişmələrə və Xorvatiya-Serbiya, Serbiya-Kosova arasında baş verənlərə nəzər saldıqda bunların siyasətdən ibarət olduğunu demək mümkündürsə də, hadisələrin axarı Balkan regionunun mümkün bir qarşıdurmaya doğru yön aldığını göstərir.

Balkan regionunda baş verənlər Avropa Birliyinin və hətta ABŞ-ın öz daxilində yaşadığı problemləri əks etdirir.

Uilson Vaşinqton və Aİ-nin Balkan regionuna olan marağının azalması ilə "Qərbi Balkan regionunda bir boşluq" yaranması təhlükəsini doğurduğunu və bu boşluğun da "pis niyyətli qüvvələr" tərəfindən doldurulduğunu ifadə edir.

 

Tərcümə İslamazeri.com saytına məxsusdur...


Tramp Balkan regionunu Rusiyanın öhdəsinə buraxıb? - ANALİZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya İŞİD-i belə vurdu - YENİ VİDEO
    Rusiya Ordusunun Dəniz Qoşunları İŞİD terrorçlarını hədəf alıb. İslamazeri.com "Alalam"a istinadən xəbər verir ki, 6 kruiz raket terrorçuların məntəqələrinə tuş gəlib.
     25.06.2017
    Qahirə küçələrində bayram sevinci - FOTO
    Misir paytaxtında bayram sevinci yaşanır. İslamazeri.com tasnimnews-a istinadən fotoları təqdim edir.
     25.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ