1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:27.10.2019 19:02:51

İŞİD lideri Bağdadi ABŞ-ın xüsusi reydi zamanı öldürülüb

İslamazeri.com "VOA"ya istinadən xəbər verir ki, Donald Tramp bazar günü səhər Ağ Evdə keçirdiyi mətbuat konfransında İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin ABŞ hərbi qüvvələrinin Suriyada xüsusi əməliyyatı nəticəsində öldürüldüyünü təsdiq edib.

ABŞ prezidenti əməliyyatın detalları haqda açıqlamalar verib.

“Ötən gecə Birləşmiş Ştatlar dünyada bir nömrəli terrorçu lider üzərində ədaləti bərqərar etdi. Bağdadi ABŞ hərbi qüvvələrinin Suriyanın şimal-qərbində keçirdiyi əməliyyatı nəticəsində öldürülüb ” - deyə, Tramp elan edib.

“Əməliyyat zamanı heç bir hərbçi ölməyib” - deyə, ABŞ prezidenti bildirib və Əl-Bağdadinin bir çox döyüşçüsünün öldürüldüyünü əlavə edib.

Tramp Bağdadinin “ağlayıb, qışqıraraq” yeraltı tunel vasitəsilə qaçmağa çalışdığını bidirirərək, onun üzərindəki partlayıcı kəməri işə saldığını və bunun nəticəsində üç uşağın da öldüyünü deyib.

“Bağdadi qəhrəman kimi ölməyib. O, qorxaq kimi ölüb”, Tramp bildirib.

ABŞ prezidenti Bağdadinin öldürülməsi əməliyyatını “olduqca uğurlu bir əməliyyat” adlandırıb.

Tramp Birləşmiş Ştatların hərbi qüvvələrinin professionallığına yüksək qiymət verib və ABŞ-ın terrorizmə qarşı mübarizədə əzmini xüsusi vurğulayıb.

ABŞ prezidenti əməliyyatın keçirilməsində yardıma görə Rusiya, Türkiyə, Suriya və İraqa təşəkkürünü bildirib.

BMT-nin iyul ayında açıqladığı hesabatında İŞİD liderlərinin “İdlib ərazisinə gələnlər arasında olduğuna” dair xəbərdarlıq edilmişdi.

Bundan öncə bir neçə dəfə səhvən Bağdadinin ölümü ilə bağlı məlumatlar verilib.

Bağdadiyə aid olduğu ehtimal edilən sonuncu audio mesajda o, Birləşmiş Ştatlar və onun müttəfiqlərinə qarşı müharibənin bitmədiyini bildirmişdi.

Birləşmiş Ştatlar 2016-cı ildə Bağdadinin ələ keçirilməsinə kömək göstərə bilən informasiyanın verilməsi üçün 25 milyon dollar məbləğində mükafat elan etmişdi. Belə yüksək mükafat bundan başqa yalnız Əl-Qaidə lideri Ayman Əl-Zəvahiri üçün vəd edilib.


Tramp Bağdadinin ölməsindən danışdı: "O, qorxaq kimi öldü"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ