EURO 1,9245 NEFT 65,37
USD 1,7 RUB 0,0252
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:18.10.2018 21:18:51

ABŞ Prezidenti sözlərinə belə davam edib...

ABŞ Prezidenti Donald Tramp Transatlantik ticarət əlaqələrinə qəzəblənərək "Bizimlə Avropa Birliyi (AB) qədər pis rəftar edən başqa heç kim yoxdur" deyib.

İslamazeri.com xəbər verir ki, iyul ayında Avropa Komissiyası Prezidenti Yan Klod Cunkerlə Ağ Evdə keçirdiyi görüşdə AB ilə ticarət gərginliyini azaltmağa razı olan Donald Tramp CBS kanalına verdiyi müsahibədə avropalı müttəfiqləri yenidən tənqid edib.

"AB ticarətdə bizdən istifadə etmək üçün qurulub və bu günə qədər etdikləri məhz budur",- deyən Tramp, AB-yə qarşı amansız taktikalarının ABŞ-ın müttəfiqlərinə qarşı düşmənçilik mənasına gəlmədiyini müdafiə edib.

"Düşmənçilik nədir bilirsiz? Onların bizə qarşı münasibətidir. Biz düşmənçilik etmirik",- deyən Tramp, seçki kampaniyasından bəri hədəf aldığı və prezident seçildikdən sonra ABŞ-ı çıxarmaq ilə hədəsini etdiyi NATO üçün artıq ittifaqı sevdiyi, çünki müttəfiqlərə müdafiə xərclərini artırmağı qəbul etdirdiyi şərhini edib.

ABŞ Prezidenti sözlərinə belə davam edib:

"Artıq NATO xoşuma gəlir, NATO yaxşıdır, xoşdur. Amma nə bilirsiniz? Avropanı qorumaq üçün NATO-nun xərclərinin demək olar ki hamısını biz verməməliyik. Bu azmış kimi, üstəlik bir də ticarətdə bizdən istifadə edirlər. Amma artıq bunu edə bilməyəcəklər. Edə bilməyəcəklərini başa düşürlər".


Tramp: “ABŞ-a Avropa qədər pis davranan yoxdur”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 13.11.18-nin 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 13.11.18-nin 4 önəmli xəbəri - VİDEO
     13.11.2018
    Müəllim qalstuksuz gələn tələbələri döydü - VİDEO
    Hadisə Özbəkistandan baş verib.
     13.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ