1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.07.2017 09:40:59

Toylarda deyilən meyxanalarda zərərli vərdişlərlə bağlı sözlərdən istifadə edilir, bəzən narkomaniya açıq-aşkar təbliğ edilir.

Son vaxtlar toylarda meyxana məclisləri dəbə minib. Bu məclislərdə isə bəzən elə sözlər deyilir ki, gənclərə, xüsusilə də yeniyetmələrə psixoloji təsir edir.

Toylarda deyilən meyxanalarda zərərli vərdişlərlə bağlı sözlərdən istifadə edilir, bəzən narkomaniya açıq-aşkar təbliğ edilir.

Məsələ ilə bağlı bir neçə meyxanaçı ilə əlaqə saxlanılıb. Bəziləri vaxtının olmadığını, bir neçə söz ustadı isə sadəcə bu mövzu ilə əlaqədar heç nə demək istəmədiyini bildirib. Meyxanaçı kimi Rüfət Nasosnu adı ilə tanınan Rüfət Kərimov xəzər-ə açıqlamasında deyib ki, bu mövzu təlabatdan asılıdır. Yəni məclis sahibləri bəzən özləri məhz belə sözlərin deyilməsini tələb edirlər.

Şair deyir ki, etik normalardan kənar sözlər işlətməzdən əvvəl məclisdəkilərdən xahiş olunur ki, çəkiliş olmasın. Lakin mobil telefonlarla çəkilib sosial şəbəkələrdə paylaşılır. Dinləyici və baxış sayı isə kifayət qədər çox olur. Meyxanaçı İntiqam Rəhimov isə hesab edir ki, bu kimi sözlər meyxanaya xələl gətirir.

Meyxanaçılar gənclərə belə vərdişlərdən uzaq olmağı və zərərli vərdişlərin təsirindən bəhs edilən meyxanalara çox da qulaq asmamağı tövsiyə edirlər. Sözsüz ki, bununla iş bitmir. Çünki psixoloqlar iddia edirlər ki, keçid dövrünü yaşayan yeniyetmələrə ən böyük təsir vasitələri musiqilər, şeirlər və meyxanalardır. Bütün bunları nəzərə alsaq, o zaman söz ustadlarının daha diqqətli olması məqsədəuyğundur.


Toylarda deyilən meyxanalarda narkomaniya təbliğ edilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda çoxmərtəbəli binada yanğın olub, 8 nəfər təxliyə edilib
    Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.
     25.02.2018
    İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb
    İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
     25.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ