EURO 1,9963 NEFT 63,09
USD 1,7002 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:15.05.2017 17:35:00

Rəssam Şafak Tavkul İsrail və Fələstin problemini tanınmış cizgi film personajları Tom və Cerriyə bənzədib. Tavkul "Nəzərdə tutulan pişik Fələstin, siçan isə İsraildir. Biz evin əsl sahibini deyil, kənardan gələni sevirik. Bu filmlər birdən ağla gələn fikirlərlə edilmir" deyib.

İslamazeri.com İHA-ya istinadən xəbər verir ki, Siyər Fondunun təşkil etdiyi və bu il 4-cüsü keçiriləcək olan Aləmlərə Rəhmət Beynəlxalq Qısametrajlı Film və Ssenari Müsabiqəsinin Haliç Konqres Mərkəzində keçirilən mətbuat konfransında iştirak edən rəssa Şafak Tavkul Dünya miqyasında baş verən vəkalət müharibələrini tanınmış cizgi film personajları Tom və Ceri üzərindən misal çəkib.

Ailələrə xəbərdarlıq edib

Tavkul kinonun dünya miqyasında ciddi bir təbliğat anlayışı daşıdığına diqqət çəkərək xüsusilə ailələrə cizgi film üzərindən xəbərdarlıq edib. 1988-ci ildən bu yana cizgi filmlə məşğul olduğunu xatırladan sözügedən cizgi filmin İsrailin yarandığı illərə təsadüf etdirildiyini və xarakterlərin də iki ölkəni təmsil etdiyini deyib. Tavkul "Cizgi film, sorğu-sualsız evlərə çox rahat girə bilən, xüsusilə ailələrin çox əhəmiyyət vermədiyi, onsuzda cizgi filmidir - deyə uşaqlarına seyr etdirdiyi, lakin arxasında çox ciddi planlamalarla istehsal edilən silahdır.

Məsələn, bir cizgi filmin arxa planında nə qədər təhlükəli planlamalarla verdiyini deyim. İran mədəniyyət nazirinin müşaviri Həsən Bulqarinin dəstəklədiyim bir tezisi var:

Məsələn: Tom və Ceri 1947-ci ildə istehsal olunmuş bir filmdir. Düz İsrailin qurulduğu ilə uyğun gəlir. Orada nəzərdə tutulan Tom evin gerçək sahibidir, siçan isə qıraqdan gələndir. Və biz orada qıraqdan gələni sevməyə istiqamətləndirilirik, çünki siçan daha ağıllı və bacarıqlıdır. Evin əsl sahibi - pişiyi isə aşağılayırıq. Orada nəzərdə tutulan pişik Fələstin, siçan isə İsraildir. Birdən ağla gələn fikirlərlə edimir bu filmlər".


"Tom və Cerri"də çoxlarının bilmədiyi Fələstin-İsrail DETALI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Abşeronda avtomobil furqona çırpıldı - FOTO
    Abşeronun Novxanı qəsəbəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
     22.11.2017
    Qarabağda mina partlayıb, üç erməni hərbçi ölüb, biri yaralanıb
    Dağlıq Qarabağda mina partlayışı nəticəsində üç erməni hərbçi ölüb, biri yaralanıb.
     22.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ