1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.03.2020 11:33:07

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu Bakının Nizami rayon Polis İdarəsində saxlanılıb

Ailə üzvlərinin məlumatına görə,dünən Tofiq Yaqublunun avtomobilini dayanıqlı vəziyyətdə başqa bir avtomobil vurub. Bu zaman avtomobili vuran şəxs Tofiq Yaqubluya hücum edib. Tofiq Yaqublu avtomobilinin qapılarını bağlayaraq hücumdan yayına bilib.

Yaqublunun avtomobilini vuran şəxs polisə şikayət edib. Bu zaman polis onu saxlayıb.

“Nizami rayon Polis Idarəsininin əməkdaşının verdiyi məlumata görə istintaq gedir. İstintaqa müstəntiq Ramil Əliyev rəhbərlik edir. Polisin dediyindən belə başa düşdüm ki, maşını vuran ər-arvad Tofiq Yaqubludan şikayətçi olublar. Ata guya maşından düşüb ər-arvadla dalaşıb və onlara xəsarət yetirib. Ata da indicə zəng etdi. Ona qarşı cinayət işi açırlar. "Zor tətbiq etdiyinə görə". Saxta ittiham irəli sürülüb,” Tofiq Yaqublunun qızı Nigar Həzi Amerikanın Səsinə bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report”a sorğusuna cavab olaraq bildirib ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub:

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər”.

E.Zahidov qeyd edib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

“VAZ-2107” markalı avtomobilin sürücüsü E.Cəbrayılov və onun həyat yoldaşı C.Cəbrayılova isə iş üzrə zərərçəkmiş qismində tanınaraq dindiriliblər.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

“Tofiq Yaqublu oxşar əməllərinə görə daha əvvəl üç dəfə həbs edilib”, - E.Zahidov əlavə edib.


Tofiq Yaqublu saxlanılıb, DİN ona qarşı cinayət işi açıldığını bildirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda aprelin 8-dən sonra orta və ali məktəblər açıla bilər
    İranda aprelin 8-dən sonra orta məktəblər, universitetlər və idarələrin fəaliyyəti bərpa oluna bilər.
     01.04.2020
    Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir
    Azərbaycanda pandemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin müvəqqəti tutulmaması nəzərdə tutulur.
     01.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ