EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:02.11.2017 21:52:12

Tentenin "Castafiore-in ləl-cəvahiratı" və "Əsrarəngiz Ulduz" macəralarının eskizlərinin olduğu auksionda, bu əsərlərin də 300 000 ilə 400 000 avro arasında alıcı tapması gözlənilir. Hərrac 18 noyabrda Parisdə baş tutacaq.

İslamazeri.com xəbər verir ki, Belçikalı cizgi romançı Erjenin (Herge) çəkdiyi karikaturaların ümumilikdə 800 000 avroya satılması gözlənilir.

Hərrac 1939-da, "Petit Vingtieme" jurnalında dərc olunmaq üçün çini mürəkkəblə çəkilmiş karikaturalardan ibarətdir. Bu rəsmlərdən 3-4-ü isə sulu boya ilə rənglənmiş olduğundan, daha çox dəyərlidir.

Rəngli nəşrlər bu dövr üçün olduqca yeni olduğundan, çox tez-tez edilmədiyi kimi, Erjenin də sulu boyamaya qarşı bu dövrlərdə bir qədər utancaq olduğu deyilir.

Hərracda vəzifəli olan cizgi roman mütəxəssisi Erik Leroy bəzi karikaturaların Tenten həvəskarlarının qarşısına ilk dəfə çıxdığını açıqlayır.

Həmçinin Tentenin "Castafiore-in ləl-cəvahiratı" və "Əsrarəngiz Ulduz" macəralarının eskizlərinin olduğu auksionda, bu əsərlərin də 300 000 ilə 400 000 avro arasında alıcı tapması gözlənilir. Hərrac 18 noyabrda Parisdə baş tutacaq.

20-ci əsrdəki gündəlik həyatı özünə xas bir şəkildə şərh edilən Tenten cizgi romanları dövrümüzdə hələ də oxucuların diqqətini cəlb edir. Cizgi romançı Erjenin öldüyü il olan 1983-ə qədər bütövlükdə təxminən 230 milyon kitabı satılmışdı.


Tintin karikaturaları hərracda 800 min avroya - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ