EURO 2,0981 NEFT 73,83
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:16.03.2017 10:03:26

İraqın şimalında güclü partlayış baş verib.

İslamazeri.az-ın “Al Sumaria” telekanalına istinadən verdiyi xəbərə əsasən, İraqın Tikrit şəhərinin mərkəzində partlayıcı ilə dolu avtomobilin partlaması nəticəsində 7 nəfər həlak olub, 40-dan çox insan isə yaralanıb. Hadisə barədə məlumatı təhlükəsizlik xidmətindəki mənbədən veriblər.

Terror aktının məsuliyyətini hələ heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin İraqda baş verən terror aktlarının böyük hissəsini İŞİD terror təşkilatı törədir.

Xatırladaq ki, İraqın şimalında yerləşən Tikrit şəhəri 2014-cü ilin iyun ayında İŞİD terroçuları tərəfindən işğal edilmişdi. İraq hakimiyyəti 2015-ci ilin mart ayının 31-i şəhər üzərindəki nəzarəti bərpa edə bilib.


Tikritdə güclü partlayış: Çox sayda ölü və yaralı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İmam Hüseynə bağlılıq hörmət və əzəməti artırır
    İslamazeri.az-ın "Din" rubrikasından...
     20.04.2018
    Rusiya İŞİD-ə zərbə endirdi
    Suriya ordusunun əməliyyatına dəstək verən Rusiya Hava Qüvvələri Dəməşqin cənubundakı İŞİD mövqelərini vurmağa başlayıb.
     20.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ