EURO 1,9794 NEFT 73,11
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:30.06.2018 10:04:45

İmtahana az qalmış rezidenturaya qəbul planının azaldılması tələbələrin etirazına səbəb olub

İslamazeri.com xəbər verir ki, Tibb Universitetinin məzunları Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar rezidenturaya qəbul planının artırılmasını tələb edirlər.

Universitetin ictimai səhiyyə fakültəsinin məzunu Aynurə Əliyeva BBC News Azərbaycancaya deyib ki, imtahana az qalmış rezidenturaya qəbul planının azaldılmasından xəbər tutublar. Bu isə məzunlar arasında narazılığa səbəb olub.

"Biz birinci mərhələdən keçmişik. Gəlmişik ki, ikinci mərhələdən keçək, məlum olur ki, yerlər məhdudlaşdırılıb. Belə çıxır ki, çoxumuz düzdə qalacağıq, 50 faiz ixtisaslaşa bilməyəcək", Aynurə Əhmədova deyib.

Etirazçılar qəbul planının artırılmasını, hər dörd nəfərdən üçünün rezidenturaya girmək şansının olmasını istəyirlər.

Rezidenturaya qəbul ərizəsi verənlər deyirlər ki, yerlərin məhdudlaşdırılması məzunları çətin vəziyyətə salır, onların fikrincə, bu, imtahanların süni şəkildə daha da çətinləşdirilməsinə gətirib çıxaracaq.

Məzunlar deyirlər ki, keçən il qəbul planı 504 yer olub, bu il isə yerlər 332-yə salınıb. Onlar deyirlər ki, Tibb Universitetinə qəbul planı azaldılmayıb, bu isə o deməkdir ki, yüzlərlə həkim-məzun hər il ixtisaslaşma imkanını itirəcək.

"Həkimə ehtiyac olan bir ölkədə həkimlərin ixtisaslaşmasının qarşısını necə almaq olar?" tələbələr əlavə ediblər.

Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, rezidenturaya qəbul planı ehtiyaclara əsasən müəyyənləşir və hazırda ölkədə həkimə əsas ehtiyac bölgələrdədir. Anma bu məsələ araşdırılandan sonra etirazçılara cavab veriləcəyi bildirilib.


Tibb Universitetinin məzunlarından etiraz: "Rezidenturaya qəbul planı artırılsın"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • VI Yaş Barıt Festivalının ən iyrənc siması yenidən Trump oldu - FOTO
    ABŞ Prezidenti Donald Tramp ikinci dəfə Beynəlxalq Yaş Barıt Festivalının ən iyrənc imici mükafatını qazanıb.
     18.07.2018
    Qənirə Paşayeva: “Musiqidən başı çıxan insan Üzeyirə qulaq asmaz” - VİDEO
    Millət vəkili Qənirə Paşayeva ötən gün "Onda başladıq” proqramında qonaq olub.
     18.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ