1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:10.11.2017 09:13:48

“Azərbaycanın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxması özlüyündə böyük hadisə olsa da, əldə etdiyi nəticələrlə müqayisədə beşqat Azərbaycan çempionunun tarixi daha genişdi”.

İslamazeri.com Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universitetinin “The Daily” qəzetində dərc olunan məqalədə deyilir.

Müəllif Endi Yamasita 1993-cü ilin iyunundan Ağdamda doğma meydanında oynaya bilməyən Azərbaycan klubunun - dünyada azsaylı “qaçqın-klub”lardan birinin kədərli tarixindən bəhs edib.

Məqalədə bildirilir ki, 1951-ci ildə Ağdamda əsası qoyulan “Qarabağ” 1992-ci ildən müntəzəm olaraq Azərbaycan Premyer Liqasında çıxış edir.
Müəllif yazır ki, SSRİ-nin süquta uğramasından sonra Dağlıq Qarabağda erməni separatçıları və azərbaycanlılar arasında münaqişə baş qaldırdı və bu regionda gərginlik hələ də yüksəkdi.

E.Yamasita müharibə vaxtı Ağdam stadionunun bir neçə dəfə bombardmana məruz qaldığını da qeyd edib: "Ağdam 1993-cü il iyunun 23-də erməni separatçıları tərəfindən işğal olundu. Həmin il “Qarabağ” ilk dəfə Azərbaycan çempionu olub. Bu onların evlərini itirməsinə və şəhərlərinin dağıdılmasına görə kiçik "təzminat" idi. Ağdam hələ də “ruhlar şəhəri”di”.

Qeyd olunur ki, hazırda yarışdığı Çempionlar Liqasında qrupdan çıxma şansı az olsa da, “Qarabağ” Avropanın güclü komandaları ilə oynamaq gücündə olduğunu göstərdi:

“Doğma meydansız qalan bu komanda Ağdam sakinləri üçün ümid mayakı kimi parlayır. Onlar klubu sevimli şəhərlərinin son xatirəsi hesab edirlər”.


“The Daily” “Qarabağ”dan yazdı - “Ağdam sakinləri üçün ümid mayakı kimi parlayır”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zimbabve prezidenti istefa verəcək
    Robert Muqabe Zimbabve prezidenti postunu tərk etməyə razılaşıb
     19.11.2017
    Bu gün İmam Rzanın (ə.s.) şəhadət günüdür
    mam Rza (ə) vətəni Mədinədən çox uzaqlarda, Xorasanın Tus şəhərində qərib halda şəhid olduqdan sonra şəhərin adını Məşhəd, yəni “şəhid olunan yer” qoyublar.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ