EURO 1,915 TRY 0,2483
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:18.04.2019 09:41:46

Bakıdakı “Təzəpir” məscidi ətrafında aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqları ortaya çıxıb.

Bakıdakı “Təzəpir” məscidi ətrafında aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqları ortaya çıxıb.

İslamazeri.com Virtualaz.org-a istinadən xəbər verir ki, qədim tikilinin qalıqları ekskavatorların tırtılları altında qalaraq dağılıb.

Həmin qazıntı işləri “Təzəpir” məscidinin düz arxasında, Mustafa Sübhi küçəsində, məscidin böyüdülməsi layihəsi çərçivəsində aparılır. Tikinti işlərinin sifarişçisi Qafqaz Müsəlmanları İdarəsidir, iş icraçısı isə “Archico” MMC adlı şirkətdir.

Layihəyə əsasən məscidə əlavə iki minarə, kitabxana və qazanxana binaları tikiləcək, habelə ətrafı hasarlanacaq. Hazırda tikintiyə başlamaq üçün podratçı şirkət özül qazma işləri həyata keçirir. Özül qazılarkən yerin altından qədim hamamın qalıqları çıxıb, amma onun qorunması üçün heç bir tədbir görülməyib və qazıntı işləri davam etməkdədir.

Məsələ ilə bağlı “Təzəpir” məscidinin nümayəndəsi Məhəmməd Qasımov deyib ki, həmin hamam tarixi abidə deyil. O bildirib ki, nisbətən təzə hamamdır, sovet dövründə tikilib.

Məscid nümayəndəsi sovet dövründə tikilmiş hamamın hansı səbəbdən hazırda yerin altından çıxması ilə bağlı sualı isə cavablandırmayıb.

 


“Təzəpir” məscidi ətrafında tarixi abidə tapıldı - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-ın vurduğu təyyarənin 290 iranlı qurbanı yad edildi
    Bu gün isə bu acı hadisənin ildönümü münasibəti ilə körfəzdə hücumun baş verdiyi yerə göydən çiçəklər atılıb.
     02.07.2020
     Ayətullah Şəhristanini hədisdə deyildiyi kimi olan şəxsiyyətlərdən bilirik
    Bu sözləri Gürcüstanın tanınmış ilahiyyatçı alimi Hacı Əziz Nəbiyev deyib
     02.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ