EURO 1,9254 NEFT 61,25
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:21.09.2018 10:01:22

Aşura günü ilə əlaqədar ölkədəki məscidlərdə İmam Hüseyn əzadarlığı keçirilib, heç bir gərginlik olmayıb

Sentyabrın 20-də Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunub. Aşura günü ilə əlaqədar ölkədəki məscidlərdə İmam Hüseyn əzadarlığı keçirilib. Yüzlərlə insan məscidlərə gələrək mərasimlərdə iştirak edib, şəhid İmam Hüseyni (ə) və onun silahdaşlarını anıblar. Keçirilən məclislərdə xütbələr oxunub, Kərbəla qiyamının fəlsəfəsindən və İmam Hüseynin (ə) həyatı və şəxsiyyəti barədə danışılıb.

Məlumat üçün qeyd edək ki, Məhərrəm ayının əsas hadisəsi Aşura və ya Kərbəla hadisəsidir. Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) məhərrəm ayında İraqın Kərbəla çölündə baş verən qanlı hadisələr bütövlükdə İslam təqvimində ən mühüm hadisələrdən biridir. Məhərrəm ayının 10-cu (ərəbcə “əşərə”- Aşura) günü İslam Peyğəmbəri həzrət Məhəmmədin (s.ə.s.) nəvəsi, İmam Əlinin (ə) və Həzrət Fatimənin oğlu İmam Hüseyn (ə) ailə üzvləri və tərəfdarları ilə birlikdə Kərbəla çölündə şəhid olub. Kərbəla çölündə hökumət qoşunları İmam Hüseyn (ə) və 72 tərəfdarından ibarət qrupu mühasirəyə alıb. İmam tərəfdarları 10 gün davam edən mühasirənin 3 gününü susuz qalıblar. Nəhayət, məhərrəm ayının 10-da Kufə valisinin qoşunları hücum edərək İmam Hüseyni (ə) iki oğlu, qardaşı, qardaşı oğlu, bacısı oğlanları da daxil olmaqla, 72 tərəfdarı ilə birlikdə şəhid edirlər. Kərbəla şəhidlərinin kəsilmiş başları əsir götürülmüş ailə üzvləri ilə birlikdə Kufəyə, sonra isə şəhərləri gəzdirməklə Dəməşqə aparılır. Müsəlmanlar bu hadisədən böyük üzüntü keçirərək Peyğəmbər (s.ə.s) nəvəsinə yas tuturlar. Sonradan bu mərasimlər hər il davamlı olaraq keçirilir.

Aşura ilə bağlı görülən təhlükəsizlik tədbirləri

Aşura günü ilə bağlı məscidə axın edən yüzlərlə insanın təhlükəsizliyini qorumaq üçün güc strukturları gücləndirilmiş iş rejiminə keçiblər. Təhlükəsizlik tədbirlərinin alınması, məscidlərin qarşısında avtomobillərin saxlanmasına nəzarətlə bağlı hələ Aşuraya bir gün qalmış müvafiq qurumlar çağırış yayıb, insanları qaydalara əməl etməyə səsləmişdilər. “Yeni Müsavat”ın reportyor qrupu “Təzəpir” məscidinə yollanıb dini mərasimlərdə iştirak edib.

Müşahidə etdik ki, məscidə gələn şəxslər çağırışlara əməl edib, daha çox ictimai nəqliyyatdan istifadə ediblər. Bunun nəticəsində “Təzəpir” məscidinin qarşısında hər hansı bir avtomobil tıxacı, narahatlıq yaşanmayıb. Eyni zamanda Dövlət Yol Polisinin əməkdaşları məscidin qarşısında post qurub, hərəkətə nəzarəti tənzimləyirdilər.

“Təzəpir” məscidinin girişlərində yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Belə ki, məscidin qapısından içəri keçən hər kəs Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yoxlanılıb, onların çantalarına baxış keçirilib. Məscidə gələnlərin içərisində qadınların da olduğunu nəzərə alıb, giriş qapılarında qadın polislər xidmət aparıblar. Eyni zamanda məscidin içərisində də polis nəfərləri daxili təhlükəsizliyə nəzarət edib, insanların rahat şəkildə dini ibadətlərini etmələrinə imkan yaradıblar.

“Bizim Aşura ilə bağlı fətvamız var. Fətvada bəzi məsələlərə riayət olunmalıdır. Baş yarmaq, zəncir vurmaq, qan çıxarmaq kimi məsələlər olmasa, yaxşıdır. İmam Hüseyn özü də buna razı olmazdı”.

Bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

Şeyx bildirib ki, bu gün Azərbaycanda heç bir məhdudiyyət yoxdur: “Bəzi insanlar qəbul etdiyimiz fətvaları bəzən məhdudiyyət kimi qəbul edirlər və məhdudiyyət kimi təqdim edirlər. Azərbaycan dövləti və onun rəhbərliyi dindarlar üçün bütün şəraiti yaradıb. Məscidlərimiz təmir olunur, eyni zamanda Azərbaycanda başqa dinlərə olan münasibət də yüksək səviyyədədir. Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”.

Zənciri qıra bilməyənlər...

“Təzəpir” məscidində səhər satlarından bir qrup dindar mərsiyə deyib, sinə vurublar. Getdikcə onların ətrafında xeyli sayda insan toplaşıb və saat 12 radələrində meydanın mərkəzində 5 nəfərin zəncir vurduğu müşahidə edilib. “Təzəpir” məscidində zəncir vuran şəxslər və onların ətrafında olan dindarlar jurnalistləri, fotoqrafları yaxına buraxmayıb, çəkilişə maneə olublar. Ümumilikdə isə Aşura mərasimində hər hansı bir təxribat və xoşagəlməz hallar yaşanmayıb. “Təzəpir” məscidinin içərisində din xadimləri moizələr deyib, mərsiyə oxuyublar.

Saat 12-də isə “qətl sındıqdan” sonra məscidə gələn hər kəs bir-birinə maneə olmadan, sakit şəkildə “Təzəpir”in ərazisini tərk ediblər.

Qanını və malını bağışlayanlar

Aşura günü Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Əvvəlki illərdən fərqli olaraq vətəndaşların istəklərini nəzərə alıb regionlarda da analoji aksiyalar təşkil olunub. Ümumilikdə 24 rayonda (28 yerdə) keçirilən qanvermə aksiyasının 20-si məscidlərdə, 8-i isə Mərkəzi Xəstəxana şəraitində həyata keçirilib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

“Təzəpir” məscidində də qanvermə aksiyası təşkil edilib və xeyli sayda insan növbəyə durub, xeyriyyə məqsədilə qan verib. O cümlədən, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də aksiyaya qoşulublar. Saat 12-də məlumat yayıldı ki, Aşura günü ilə əlaqədar 3189 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən ümumilikdə 1435 litr qan tədarük olunub. Xatırladaq ki, könüllü qanvermə aksiyaları, Məhərrəmlik ayı boyunca davam edəcək.

Qan verənlərlə yanaşı yol boyu ehsan verənlər də olub. Küçə kənarında stol qoyub çay dəmləyib şirniyyatla birlikdə insanlara paylayan Qafur adlı şəxs bildirdi ki, hər il bu şəkildə ehsan verir:

“Aşura günü ilə bağlı olaraq hər il saat 10-dan axşam saatlarına qədər bu cür ehsan veririk. Daha çox imkansız şəxslərin, ehtiyacı olan insanların ehtiyaclarını ödəməyə çalışırıq. Allah yolunda əlimizdən gələn budur və bunu da edirik. Arzu edirəm ki, hər kəs Allah yolunda imkansızlara əl tutub, ehtiyacı olanlara yardım etsin. Belə olarsa millətimiz də bir olar, cəmiyyətimiz də”.

Onu da qeyd edək ki, bəzi məscidlərdə Aşura mərasimlərinə Şeyxin tapşırığı ilə uşaqlar buraxılmayıb. (“Yeni Müsavat”)

 


Təzə Pirdə Aşura mərasimi - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İşdən çıxarılan məmurun intihar xəbəri yalan çıxdı
    A.Məmmədovun intihar etmədiyi, bu barədə yanlış məlumat yayıldığı üzə çıxıb.
     12.12.2018
    Çavuşoğlu Bakıya gələcək
    Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 14-də Azərbaycana səfər edəcək.
     12.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ