Səudiyyə Ərəbistanında tikilməkdə olan dünyanın ən hündür binasını terrorçu Bin Ladenin ailəsi tikir.

İslamazeri.az-ın "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanında dünyanın ən hündür göydələninin tikintisi davam etməkdədir. Möhtəşəm bina "Jeddah Tower" adlanacaq.
Binanın hündürlüyü 1 km-dən çox (1008 m.) olacaq. Bununla da "Jeddah Tower" hazırda dünyadakı ən hündür bina olacaq.
Maraqlıdır ki, binanın ilk nəzərdə tutulmuş hündürlüyü 1600 metr olub. Lakin tikintinin getdiyi ərazidəki süxurun tədqiqindən sonra bildiriblər ki, süxur bu qədər çəkiyə tab gətirməyəcək.
Layihənin qurucusu, sifarişçisi və rəhbəsi Yaxın Şərqin ən varlı adamlarından biri olan Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid ibn Təlal ibn Əbdül Əziz əl-Səuddur.
Tikinti işləri ilə "Saudi Binladin Group" məşğul olur. Adıçəkilən şirkət vaxtı ilə 1 nömrəli terrorçu, "Əl-Qaidə" terror təşkilatını lideri olmuş Usamə ben Ladenin ailəsinə məxsusdur.
Qeyd etmək lazımdır ki, hazırda dünyanın ən hündür binası 830 metr hündürlüyündə olan "Bürc Xəlifə"dir.
Terrorçu Bin Ladenin ailəsi dünyanın ən hündür binasını tikir