EURO 1,923 NEFT 60,78
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:06.12.2018 17:33:05

Bununla bağlı televiziyaların mövqeyi.

Azərbaycan televiziyaları Milli Televiziya və Radio Şurasının (MTRŞ) ötən gün keçirilən hesabat iclasında televiziyalarda ədəbi dilin bütün normalarının pozulması ilə bağlı iradlarına münasibət bildirib.

“Report” bununla bağlı televiziyaların mövqeyini təqdim edir.

ARB televiziyasının Mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli "Report"a deyib ki, dünən baş tutan tədbir olduqca böyük əhəmiyyət kəsb edirdi: “Hər bir televiziyaya lazımi raportlar verildi və biz də, öz növbəmizdə, bu iradları aparıcılarımıza çatdırıb bütün zəruri tədbirləri görəcəyik”.

"Lider" televiziyasının "Lider Xəbər" departamentinin rəhbəri Aynurə Vəliqızı "Report"a açıqlamasında təmsil etdiyi efir məkanı ilə bağlı qüsurların az olduğunu deyib: “Buna baxmayaraq, dünənki iclasdan qayıdan kimi xəbər və şou aparıcıları ilə danışıqlar oldu və onlara bəzi tövsiyələr verildi. Bir faktı da qeyd edim ki, televiziyamızda tanınmış dil mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təlimlər təşkil edilir. "Lider" televiziyası yaranandan bu məsələyə ciddi fikir verilir. İşimizi bundan sonra daha da gücləndirəcəyik. Gələcəkdə televiziyamızın bu cür siyahıda adının çəkilməsini istəmirik. Fəaliyyətimizi elə adımıza uyğun olaraq davam etdirmək niyyətindəyik”.

ATV kanalının İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu  isə qeyd edib ki, televiziyalarda aparıcıların dil məsələsi ilə bağlı monitorinqlər hər zaman olub və bundan sonra da davam edəcək: “Təbii ki, televiziyaların üzərinə düşən vəzifə belə səhvlərə yol verməmək, səlis danışıq qabiliyyəti olan aparıcıları ön planda tutmaq və bu işi davam etdirməkdir. Efir zamanı bu sahədə müəyyən çatışmazlıqların olması qaçılmazdır. Əlimizdən gələni edəcəyik ki, bu kimi nöqsanlar maksimum dərəcədə az olsun. Həmişə öz işimizə məsuliyyətli yanaşmışıq, bundan sonra da belə olacaq. Hər gün mütəmadi şəkildə aparıcılarla efirdən sonra söhbət edirik”.

İctimai Televiziyadan "Report"a bildirilib ki, bu məsələ ilə bağlı müvafiq addımlar atılacaq.

"Xəzər" və "Space" televiziyalarından münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, MTRŞ-nın ötən gün keçirilən iclasında şura sədri Nuşirəvan Məhərrəmli televiziya və radioların efirlərində ədəbi dillə bağlı vəziyyətin ürəkaçan olmadığını bildirib. Tədbirdə televiziya və radioların efirində gedən ədəbi dil qüsurları açıqlanıb.


Televiziyalar MTRŞ-nın ədəbi dillə bağlı iradlarına münasibət bildirib - SORĞU

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan iqtisadiyyatı 1% böyüyüb
    Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 72 432,1 mln. manata çatıb.
     17.12.2018
    Avropa da Türkiyəyə səsləndi: Suriyada əməliyyat keçirməyin
    Avropa İttifaqının rəsmisi Türkiyə prezidentinin son bəyanatını şərh edib.
     17.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ