XƏBƏRDARLIQ PƏNCƏRƏSİ

Məlumatı əldə etmək üçün 18 yaşından böyük olmağınız lazımdır...

BƏLİ, 18 YAŞINDAN BÖYÜYƏM XEYR, 18 YAŞINDAN KİÇİYƏM
EURO 2,0067 NEFT 74,92
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:16.02.2018 10:02:06

Yeşiyaqu Rizkan 17 yaşlı qıza qarşı dələduzluq yoluyla 3 seksual zorakılıqda, 4 cinsi istismarda təqsirli bilinib

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, Təl-Əvivin rayon məhkəməsi 64 yaşlı sinaqoqda Ravvin vəzifəsində çalışan Yeşiyaqu Rizkana təcavüz və digər cinayətlərinə görə, 8 il həbs, 2 il şərti həbs və 100 min şekel (48 min AZN) miqdarında cərimə edib.

Bney Brak şəhərində yəhudi sinaqoqlarından birində çalışan və dini icma rəhbərlərindən olan  Yeşiyaqu Rizkan 17 yaşlı qıza qarşı dələduzluq yoluyla 3 seksual zorakılıqda, 4 cinsi istismarda təqsirli bilib. Məhkəmə hökmün icrasını iki ay təxirə salıb.

Rizkan Bney Brak bölgəsində "Axavat Tora" (Tövratın sevgisi) adlı sinaqoqa rəhbərlik edib. Kabbalist (red: bu haqda xəbərin sonunda məlumat veriləcək) kimi tanınan Ravvin Yeşiyaqu Rizkan Qalaxanın (Yəhudi qanun sistemini təyin bir anlayışdır)   şərhçisi və baş ustadlarındandır. İcmada onu nüfuz sahibi dini mərtəbəyə çatan şəxs (mekubal) kimi tanıyırlar.

İstintaq materiallarından məlum olub ki, ravvin Rizkan 2014-cü ildə qıza məktub göndərərək, bu məktubu "göydən vəhy" kimi xarakterizə edib. Zərərçəkmişin ifadəsinə görə, Ravvin Yeşiyaqu Rizkan ona bildirib ki, "qızı yuxuda görüb və günahlardan paklanmaq üçün mənəvi dənizə atılmağı", - ona gəlməyi təklif edib. Haham isə bunu "qızı səmavi əzablardan nicat vermə" kimi qələmə verib.

Zərərçəkmiş qız Ravvinin bütün əmrlərini - o cümlədən seksual təhqirlərini də qəbul edərək itaət etdiyini bildirib.

İstintaq təsbit edib ki, haham sinaqoqun anbarında bu 17 yaşlı qızla cinsi əlaqəyə girib.

Məhkəmə hakimlərinin hamısı Ravvinin dələduzluq yolu ilə özünün dini nüfuzundan istifadə edərək qıza qarşı təcavüz faktını təsdiq ediblər.

İstintaq materiallarına görə, Ravvin Yeşiyaqu Rizkan qızın öz istəyilə onunla cinsi əlaqəyə girməsini təsdiq edən "sənəd"ə imza da atdırıb.

Ravvin Yeşiyaqu Rizkan bütün cinayət ittihamlarını rədd edərək, qızın valideynlərini böhtan atmaqda suçlayıb. Ancaq, məhkəmə zərərçəkmişin ifadələrinə inanaraq, digər din xadimi - ravvinin həyat yoldaşının ifadəsini də dinləyərək hökm verib.

Ravvin Yeşiyaqu Rizkanın vəkilləri məhkəməni kobud səhv etdiyini bildirirək, apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Qeyd edək ki, bu cür faktlar İsraildə axır vaxtlar çoxalıb. Qüdsdə sinaqoqun qız məktəbində çalışan David Xarison adlı ravvin 14 yaşlı qıza qarşı təcavüz həyata keçirmişdi. Yenə Eliezzer Bernard adlı ravvin də, Təl Əvivdə seksual hərəkətlərinə görə axtarışda olmuş, sonda Afrikada həbs olunuşdu.  

 

Kabbala - Tanrının mahiyyətini dərk etməyə və dünyadakı məxluqların, o cümlədən insanın var olmasının səbəbini anlamağa çalışan yəhudiliyə məxsus mistik ənənə, təlimdir; ibranicə "qəbul etmə, təhvil vermə" deməkdir. Bu təlim İlahi mahiyyətin dərinliklərinə nüfuz etməyə çalışmışdır. Kabbala Tanrının və mələklərin adlarına böyük əhəmiyyət vermiş, varlığın və ilahi hökmlərin sirlərini açmağa çalışmışdır. Ona görə də bu təlim Tövratın söz və hərflərinə gizli məna daşıyan bir növ mistik kod və şifrə kimi yanaşmışdır. Fövqəltəbii qüvvələrdən istifadə edilməsi və nümayiş olunması məqsədini güdən fəlsəfi düşüncələr, meditasiya örnəkləri və mistik təcrübələr burada geniş yer almışdır. Kabbala müqəddəs adlar, ilahi rəqəmlər və coşqun duaların köməyi ilə Tanrını anlamaq üsullarını təklif etmişdir.

Talmuda görə, Tövrat (Tora) mətnini "Pardes" adlanan xüsusi dörd yolla başa düşmək olar:

  1. Pşat yolu - sadə şəkildə və hərfi mənada;
  2. Remez yolu - kinayə və eyham;
  3. Draş yolu - təfsir və şərh;
  4. Sod yolu - sirr və gizli.

İudaizmdə Kabbala dördüncü, ən dərin yol olan - sod yolu hesab edilir. Onu yalnız ilk üç yolu keçənlər tədqiq edə bilərlər.


Təl Əviv məhkəməsi sinaqoqda 17 yaşlı qızı zorlayan yəhudi din xadiminə hökm oxudu - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda dəhşətli qəza: deputatın bacısı oğlu öldü
    Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.
     19.06.2018
    İsraildən cinayətlərini ört-bastır etmək üçün yeni addım - ƏTRAFLI
    İsrail rejiminin nazirlər kabineti yeni qanun layihəsi hazırlayıb.
     19.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ