EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.02.2019 01:25:58

Azərbaycan və İran XİN başçılarının görüşü fevralın sonunadək Tehranda keçiriləcək

Azərbaycan və İran xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Məhəmməd Cavad Zərif arasında fevralın sonuna qədər Tehranda görüş keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə brifinqdə bildirib.

"Görüşün gündəliyinə ikitərəfli əlaqələrin inkişafı və Azərbaycanla İran arasında əməkdaşlıq məsələləri daxil ediləcək", - səfir deyib.

Onun sözlərinə görə, həmçinin Novruz bayramından sonra üçtərəfli və dördtərəfli, o cümlədən İran, Türkiyə, Azərbaycan xarici işlər nazirlərinin, eləcə də İran, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşlərinin keçirilməsi də planlaşdırılır.

Diplomat qeyd edib ki, bununla yanaşı, bu il Moskvada Azərbaycan-İran-Rusiya sammitinin keçirilməsi nəzərdə tutulub.

"Rusiya tədbirə ev sahibliyi edəcəyindən sammitin vaxtını Rusiya tərəfi elan edəcək", - C.Cahangirzadə bildirib.


Tehranda Azərbaycan və İran XİN başçılarının görüşü keçiriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xocalı faciəsinin canlı şahidi: “Gözümün önündə bibimi və övladını qətlə yetirdilər” - MÜSAHİBƏ
    O, 13 yaşında ən yaxın ailə üzvlərindən 71 nəfərini itirib.
     23.02.2019
    Bu şəxslərin duaları geri qaytarılmır
    Hədislərdən gələn məbələrə əsasən, bir dəstənin duası geri qaytarılmaz
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ