26-cı beynəlxalq Qurani Kərim sərgisi Tehranda "Quran; hidayət çilçirağı" adı altında öz işinə başlayıb.

İslamazeri.com-un İan mediasına istinadən verir ki, 26-cı beynəlxalq Qurani Kərim sərgisi Tehranda "Quran; hidayət çilçirağı" adı altında öz işinə başlayıb.
İRNA-nın verdiyi məlumata görə, 26-cı beynəlxalq Qurani Kərim sərgisinin rəhbəri Əbdül-Hadi Fiqhizadə sərginin açılış mərasimində etdiyi çıxışında bu sərginin Quran ilə əlaqədar istedadların çiçəklənməsində əvəzedilməz rolunu vurğulayaraq deyib: "Qurani Kərim Sərqisi heç şübhəsiz ki, islam dünyası səviyyəsində ən iri sərgilərdən biridir."
Fiqhizadə elmi və mədəni əsərlərin yaradılmasında istedadların yetişdirilməsi üçün cərəyanların yaradılmasını bu sərginin keçirilməsində nəzərdə tutulan digər məqsədlərdən biri olduğunu deyib.
26-cı beynəlxalq Qurani Kərim sərgisinin rəhbəri sözlərinin davamında "Qurani Kərim mədəni diplomatiya olaraq müsəlmanlar ona fəxr edir", -deyə qeyd edib..
Quran sərgisinin beynəlxalq bölməsi isə yaxın günlərdə Türkiyə, Azərbaycan Respublikası, Rusiya, Malayziya və İraq kimi ölkələrin elm, mədəniyyət və sənət xadimlərinin iştirakı ilə öz fəaliyyətinə başlayacaq.
Tehranda 26-ci beynəlxalq Quran sərgisi öz işinə başlayıb