EURO 1,9783 NEFT 48,54
USD 1,7012 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.07.2017 17:34:21

Xətai rayonunda təcili tibbi yardım stansiyasının həkim briqadası restoranların birinin həyətində döyülüb.

Hadisə gecə saatlarında Xətai rayonu, Əhmədli qəsəbəsi Telnov küçəsi 6 a ünvanında yerləşən “Pion Palace”ın həyətində qeydə alınıb. Adı çəkilən əraziyə çağırışa gedən 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aynurə Şamilzadə və feldşer Günay Həziyeva gözləmədikləri vəziyyətlə üzləşiblər.

Zərərçəkənlərin SalamNews-a verdikləri məlumata görə, içkili vəziyyətdə olan xanıma yardım etmək istəyən zaman bir neçə nəfər sərxoş şəxs onlara müxtəlif bədən xəsarətləri yetiriblər.

Qeyd edək ki, “Pion Palace”ın əməkdaşları da baş vermiş faktı təsdiq edərək bildiriblər ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları sərxoş şəxslər tərəfindən təzyiqlərə məruz qalıblar və döyülüblər.

Xətai rayon 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları sonradan adlarını bildikləri Salmanova Günel Elman qızı və Elvin adlı şəxsdən aidiyyatlı orqanlara şikayət ediblər.

Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsində təhqiqat araşdırmalarına başlayıb. Polis bölməsindən bildirilib ki, zərərçəkənlərin izahatları alınıb və xəsarətlərinin müəyyən olunması üçün onlar Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsindən məhkəmə tibbi ekspertizasından keçiblər. Artıq hadisəni törətməkdə şübhəli bilinən Salmanova Günel Elman qızı və Elvin adlı şəxsin də izahatları alınıb, sərxoşluq dərəcəsinin müəyyən olunması üçün ekspertizadan keçiblər.

Materiallar toplanaraq Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndəriləcək. Müvafiq ekspertizaların rəyindən sonra fakta hüquqi qiymət veriləcək.


Təcili tibbi yardım işçiləri döyüldü - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman ölkəsindən məscidlərə tələb: Oxuduğunuz azan qulağa xoş olsun!
    Qırğızıstanda azanla bağlı yeni qərar qəbul edilib.
     21.07.2017
    Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub
    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Cocuq Mərcanlıda Şahəddin Hüseynovun evində olub, ailəyə telefon aparatı, modem, noutbuk hədiyyə ediblər. Ailə telefon və internet abunə haqqından azad edilib.
     21.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ