1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:20.03.2017 12:28:14

Gürcüstan paytaxtında “Sağlam ailə və sağlam cəmiyyət” adında elmi konfrans keçirilib

İslamazeri.com xəbər verir ki, Tbilisidə Hz. Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə ailə mövzusunda “Sağlam ailə və sağlam cəmiyyət” adında elmi konfrans keçirilib. Konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, ölkəmizdə səfərdə olan Tehranın imam cüməsi Ayətullah Kazim Siddiqi, Höccətülislam vəl muslimin Məhəmmədtəqi Sayivər, ilahiyyatçılar elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qurani Kərimin tilavətindən sonra konfransı giriş sözü ilə açan din xadimi Vidadi Qurbanov bu elmi konfransın əhəmiyyətindən danışaraq bu mövzunun bu gün də dünyada və ölkəmizdə aktual olduğunu bildirib.

Sonra Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov, müfti Hacı Beqlar Kamaşidze, Azərbaycanlı din alimi Ayətullah Kazim Siddiqi və Məhəmməd Baqir Saivər və başqaları çıxış etdilər.

Çıxışlar zamanı dini qaynaqlara söykənərək sağlam ailənin formalaşmasında mühüm rol oynayan əsaslar, ailənin təməlini qoruyan amillər, yeni ailə qurmağa başlamazdan öncə diqqət olunması gərəkən meyarlar, ailə bağlarını sarsıdan səbəblərin həll yolları və ailənin möhkəmlənməsində cütlüklər arasında sevgi, sayqı, güvənc, hüzur və güzəşt kimi amillərin önəmindən danışıblar.  Qeyd etdilər ki, fərdlərdən ibarət olan cəmiyyət ailədə böyüyür, tərbiyə olunur və formalaşır. Böyük cəmiyyətin necə formalaşması kiçik cəmiyyət olan ailədən aslıdır. Bun görə də ailə sağlam və möhkəm olmalıdır.


Tbilisidə “Sağlam ailə və sağlam cəmiyyət” adında elmi konfrans keçirildi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya və İran: ABŞ-ın nüvə müqaviləsinə qarşı münasibəti məsuliyyətsizlikdir
    İran və Rusiya xarici işlər nazirlərinin müavinləri Amerikanın nüvə razılaşmasına qarşı münasibətini məsuliyyətsiz və gərginlik yaradan tendensiya kimi qiymətləndirib.
     20.10.2017
    11 yaşlı qız ABŞ-ın ən gənc alimi oldu - FOTO
    Qitancali Rao bu ilin 3M Gənc Alim Yarışmasını qazanaraq ABŞ-ın bu mükafatı alan ən gənc alimi olub.
     20.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ