EURO 2,0849 NEFT 68,61
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.07.2017 09:47:57

İraqın Baş naziri Mosula gəldi.

İslamazeri.com-un “Reuters”-ə istinadən verdiyi xəbərə əsasən, İraqın Baş naziri Heydər əl-Abadi Mosul şəhərinə gələrək, silahlı qüvvələri İŞİD terror təşkilatı üzərindəki qələbə münasibəti ilə təbrik edib.

Qeyd edək ki, İraq ordusunun terrorçuluqla mübarizə üzə dəstəsinin döyüşçüləri bazar günü Dəclə çaynın sahilində Mosul şəhərinin tarixi hissəsində dövlət bayrağını qaldırıblar.

“Silahlı Qüvvələrinin Baş komandanı, Baş nazir Heydər əl-Abadi azad edilmiş Mosul şəhərinə gələrək, böyük qələbə münasibətilə İraqın qəhrəman döyüşçülərini və sakinlərini təbrik edib.”, - deyə Baş nazirinin ofisindən bildiriblər.

Xatırladaq ki, əl-Abadi ötən həftə bildirib ki, Mosul şəhərinin baş məscidi olan “Ən-Nuri” məscidinin azad edilməsi, “saxta İŞİD dövlətinin sonudur”. ABŞ-ın başçılıq etdiyi koalisiyanın nümayəndəsi Rayan Dillon isə qeyd edib ki, şəhərin tam azad edilməsi haqda isə yalnız bir neçə gün sonra elan etmək olar.

Qeyd edək ki, İŞİD 2014-cü ildə adıçəkilən məsciddə “xilafət” qurduğunu elan etmişdi.


Tarixi hadisə baş verdi: İraqın Baş naziri Mosula gələrək qələbə elan etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Elmar Məmmədyarov  Krakov görüşünün nəticələrini açıqladı
    Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Naziri Elmar Məmmədyarov açıqlama verib
     19.01.2018
    Ermənilər snayper tüfənglərindən mövqelərimizi atəşə tutub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
     19.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ