EURO 2,0865 NEFT 64,93
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.10.2017 17:53:33

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib.

İnstitutdan verilən məlumata görə, bəyanatda deyilir ki, dərslikdəki uydurma “Böyük Ermənistan”ın ərazisini əks etdirən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş faşist diktatoru Benito Mussolininin göstərişi ilə 1934-cü ildə Roma şəhərinin mərkəzi küçələrindən birinin (Via dei Fori İmperiali) divarına bərkidilmiş mərmər xəritələrdən biridir.

Tarix İnstitutunun Elmi Şurası bəyan edib ki, heç bir tarixi dövrdə Azərbaycanın Albaniya və Atropatena dövlətləri Roma imperiyasına qatılmayıb və müstəqilliyini saxlayıb.

Şuranın bəyanatında o da qeyd edilir ki, dərsliklərin yazılmasının təsadüfi şəxslərə, hətta kütləvi informasiya vasitələrində dələduzluqda təqsirləndirilənlərə, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələyənlərə etibar edilməməlidir.


Tarix İnstitutundan xəritə qalmaqalı ilə bağlı bəyanat

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu gün prokuror keçmiş MTN generallarına cəza istəyəcək
    Bu gün prokuror keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generallarına cəza istəyəcək
     22.02.2018
    Şeyx Zəkzaki tərəfdarlarına zülm edən Nigeriya rejimi
    Nigeriya rejiminin ölkənin sülhsevər və xalqı təkfirçi-quldurluq ieologiyasından uzaq saxlayan Şeyx Zəkzaki və tərəfdarlarına zülmü davam edərkən
     22.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ