EURO 1,9876 NEFT 78,69
USD 1,7 RUB 0,0249
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:14.09.2018 11:33:05

Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı vəfat edib.

Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı vəfat edib.

Oxu.Az xəbər verir ki, sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilən aparıcı bir neçə gün öncə Bakıya gətirilmişdi.

O, bu gün səhər saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, Nigar İsmayılqızının 33 yaşı var idi.

O, “Space” TV və AZTV-nin Xəbərlər Departamentində çalışıb.

ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin “GEM.AZ1” Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb.

Onlarla publisistik məqaləsi müxtəlif mətbu orqanlarda dərc edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür.

2015-ci ilin dekabr ayında AYB kitab layihəsi çərçivəsində “Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı çapdan çıxıb.

Həmçinin “Bakıdan Nazim keçdi” adlı sənədli filmə ssenari yazıb, film çəkib.

Ardınca “Nazimin Bakı izləri”, "Ölsəm yaşat” adlı sənədli filmləri təqdim olunub.

2016-ci ilin dekabrında 36-ı xüsusi müsahibədən ibarət “Bakıdan İstanbulacan və dönüş” adlı kitabı işıq üzü görüb. 2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan “Savaşçı” (aprelin izi ilə...) adlı kitabı çap olunub. Müxtəlif dövlət və özəl qurumlarla, o cümlədən Heydər Əliyev Fondu ilə əməkdaşlıq edib.

İslamazeri.com


Tanınmış azərbaycanlı aparıcı vəfat etdi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fransada kilsəni otel edəcəklər
    Fransada kilsə satışa çıxarıldı.
     18.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ