EURO 1,9326 NEFT 60,52
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. KİTAB HƏYATDIR

Kateqoriya : KİTAB HƏYATDIR

Yayınlanma tarixi:02.06.2017 13:04:48

Əxbarnamə - Talış xanları Mir Mustafa və Mir Həsən xanların vəziri olmuş Mirzə Xudaverdinin oğlu Mirzə Əhməd tərəfindən 1882-1883-cü illərdə fars dilində qələmə alınmışdır.

Əxbarnamə - Talış xanları Mir Mustafa və Mir Həsən xanların vəziri olmuş Mirzə Xudaverdinin oğlu Mirzə Əhməd tərəfindən 1882-1883-cü illərdə fars dilində qələmə alınmışdır.

Əsərdə Talış xanlığının tarixində baş verən bir sıra dramatik hadisələr, o cumlədən Ağa Məhəmməd şah Qacarın (1779-1797) Talış xanlığını özünə tabe etdirmək məqsədilə Talışa hucumu detalları ilə qeydə alınmışdır.

"Əxbarnamə"də əsas etibarı ilə 60 illik bir dövrdə (1740-1800) Talışda cərayan edən ictimai-siyasi hadisələr şərh edilir. Əsər Talış xanlığının tarixini öyrənmək nöqtəyi nəzərindən qiymətli bir tarixi mənbədir.

"Əxbarnamə" 1955-ci ildə AzSSR EA Tarix İnstitutunun elmi işçisi Musa Ələsgərli tərəfindən turk dilinə tərcümə edilmişdir. 1975-ci ildə əsərin tərcüməsinin yeni variantı Əli Hüseynzadə tərəfindən hazırlanmış və xidməti istifadə üçün 120 nüsxə ilə nəşr edilmişdir.

2000-ci ildə Elxan Əlibəylinin və Şəfaət Baxşızadənin təşəbbüsü ilə "Əxbarnamə"nin 1975-ci il nəşrinin foto surəti ona əlavə edilən muqədimmə ilə bir yerdə 655 nusxə ilə işıq üzü görür.

Keçən əsrin 80-cı illərində "Əxbarnamə" ixtisasca geoloq olan İshaq Axundov tərəfindən çapa hazırlanmışdır. İshaq Axundov kitabı çapa hazırlasa da, 1992-ci ilin 15 oktyabrında öldüyündən son arzusunu yerinə yetirə bilməmişdir. Onun oğlu Tufan Axundov atasının işini başa çatdıraraq 2009-cu ildə "Əxbarnamə"ni çap etdirmişdir.


Kitabın 2009-cu il nəşrini: oxu və ya yüklə

 

Kitabın 2000-ci il kiril əlifbası ilə olan nəşrinin üz qabığı

 

Kitabın 2009-cu il azərbaycanca nəşrinin üz qabığı

 

Mənbə: Vikipediya

 

Həmçinin oxu: Azərbaycan uğrunda savaş tablosu - Lənkəran xanlığı


Talış xanlığından bəhs edən yeganə və qiymətli əsər - ƏXBARNAMƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli Əhmədov Ermənistandakı seçkiyə münasibət bildirib
    “Təəssüf ki, beynəlxalq təşkilatlar bir çox məsələlərə, o cümlədən seçkilərə münasibəti ifadə edərkən ikili standartlardan qaça bilmirlər”.
     11.12.2018
    Avtomobil kreditlərinə dair yeni tələblər - Gələn ildən ağır şərtlərlə veriləcək
    Gələn ildən Azərbaycanda avtomobil kreditlərinə dair tələblər sərtləşir.
     11.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ