1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:16.09.2019 08:26:52

Bazar günü Talibana qarşı həyata keçirilən hava hücumları zamanı hərəkatın kölgədəki iki qubernatoru ölüb

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, Əfqanıstanın Birləşmiş Ştatlar tərəfindən dəstəklənən təhlükəsizlik qüvvələri bazar günü Talibana qarşı həyata keçirdiyi hava hücumları zamanı hərəkatın kölgədəki iki qubernatoru ölüb. Belə ki, münaqişənin sona qoyulması ilə bağlı danışıqlar dayandırıldıqdan sonra hücumlar daha da intensivləşib.

Paytaxtdakı yüksək səviyyəli təhlükəsizlik rəsmisinin bildirdiyinə görə, bu əməliyyatlar Talibanın Əfqanıstan ordusuna şənbə gününə planlaşdırdığı hücumuna qarşı idi. Rəsmi Birləşmiş Ştatlarla Taliban arasındakı diplomatik danışıqların dayandırılmasından sonra toqquşmaların artdığını deyib.

Şənbə günü axşam cənub Paktika əyalətində qurudan və havadan edilən hücumlar zamanı azı 85 Taliban döyüşçüsünün öldürüldüyü bildirilib.

Taliban təhlükəsizlik qüvvələrinin 20-dən çox itki verdiyini, özünün isə cəmi 7 döyüşçüsünün öldüyünü, 11 döyüşçüsünün isə yaralandığını deyib.

"Qalan iddialar əsassızdır"- deyə, Taliban sözçüsü Zabihulla Mucahid bildirib.


Talibanın iki qubernatoru öldürüldü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti - VİDEO HEKAYƏ
    “Shafaqna Azərbaycanca”nın layihəsi “Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti” adlı videonu təqdim edirik.
     23.09.2020
    Bəhreynlilər ölkələrinin İsraillə yaxınlaşmasına etiraz etdi - VİDEO
    Etirazçılar “Normallaşma - xəyanətdir” kimi şüarlar səsləndiriblər.
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ