1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:24.04.2020 12:56:25

Radikal “Taliban” hərəkatı Əfqanıstan Prezidenti Əşrəf Qəninin atəşkəsə çağırışını rədd edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Kanal qeyd edir ki, Əfqanıstan lideri Ramazan ayı ərəfəsində ölkədə yeni növ koronavirusun yayılması və zorakılığın artması fonunda xüsusi durumun olduğunu əsas gətirərək atəşkəs elan olunması barədə çağırış edib. Amma taliblərdən rədd cavabı gəlib.

“Koronavirus səbəbi ilə minlərlə məhbusun həyatı təhlükə altında olduqda, sülh prosesi və razılaşmanın tam yerinə yetirilməsi yolunda maneələr meydana gəldikdə... atəşkəs tələbi məqsədəuyğun və inandırıcı deyil”, - hərəkatın Qətərdəki siyasi nümayəndəliyinin rəsmi nümayəndəsi Suheil Şahin “Twitter”də bildirib.

O əlavə edib ki, ABŞ ilə razılaşmanın tam şəkildə həyata keçirilməsi davamlı sülh və atəşkəsə səbəb olacaq.

“Taliban” Əfqanıstan hökumətindən ABŞ ilə razılaşma əsasında 5 min məhbusun sərbəst buraxılmasını tələb edir. Əfqanıstan tərəfi isə tədricən 1 500 məhkumun azad edilməsinə razılıq verib.


"Taliban" Əfqanıstan prezidentinin atəşkəs çağırışını rədd etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • QMİ-nin sədr müavini Qurban bayramının qeyd ediləcəyi günü açıqladı
    Azərbaycan Qurban bayramının vaxtı açıqlanıb.
     01.06.2020
    Paşinyan: Ailəmin bütün üzvləri məndən koronavirusa yoluxub
    Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
     01.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ