EURO 1,9202 TRY 0,2949
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.02.2019 18:33:51

"Onunla sonuncu dəfə yanvarın 28-də danışmışıq"

İlahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə AzadlıqRadiosu-na bildirib ki, ərinin aclıq aksiyası keçirdiyini eşitsələr də, hansı vəziyyətdə olmasından xəbərləri yoxdur: "Çünki on gündən çoxdur, nə evə zəng edir, nə də vəkili onunla görüşə bilir. Onunla sonuncu dəfə yanvarın 28-də danışmışıq"

L.İsmayılzadənin sözlərinə görə, Qobustandakı qapalı həbsxana rejimində cəza çəkən məhbuslara iki ayda bir dəfə sovqat göndərmək, üç aydan bir də qısamüddətli görüş nəzərdə tutulub. Sonuncu görüşdən sonra bu müddət tamam olmadığından ailə üzvləri həbsxanaya gedib ona başa çəkə bilmirlər. Amma L. İsmayılzadənin deməsinə görə,onların narahatlığını, həmçinin T.Bağırovun həbsxanada özünə və digər Nardaran məhbuslarıma təzyiqlərə etiraz olaraq, doqquz gündür aclıq etməsi barədə iddiaları nəzərə alaraq, vəkili Bəhruz Bayramov fevralın 8-də onunla görüşmək məqsədi ilə həbsxanaya gedib. Lakin O, müdafiə etdiyi şəxs ilə görüşə bilməyib.L. İsmayılzadənin deməsinə görə, vəkilə bildirilib ki, T.Bağırov onunla görüşməkdən imtina edir.

L.İsmayılzadə habelə, vurğulayıb ki, vəkilin həbsxanaya gedib-gəlməsindən sonra daha çox narahat olmağa başlayıblar: "Bu adamın vəziyyəti normaldırsa, hər şey qaydasındadırsa, vəkillə görüşdən niyə imtina etməlidir? Bunun özü şübhəlidir. Həbsxananın rəisi özü vəkillə görüşüb, deyib ki, "Talehin heç bir problemi yoxdur". Vəkil aclıq aksiyasını soruşub. Cavab verib ki, "düzdü, Taleh özü aclıq elədiyini deyir, amma mən hiss eləmirəm". Dediyinə görə, Talehi qəbul edib, aralarında dörd saata yaxın söhbət olub, həmin vaxt aclıq edənə oxşamırmış. Əvvəl deyirdilər ki, ümumiyyətlə, aclıq eləmir, indi deyirlər, aclıq eləyənə oxşamır".

Xanımının sözlərinə görə, görüşmək mümkün olmadığından vəkil T.Bağırova məktub göndərib. L.İsmayılzadənin qeyd etməsinə görə, orada yazıb ki, həm müdafiəçisi olaraq, özü, həm ailəsi, həm də onu sevən dostları aclığı dayandırmağı xahiş edir.

L. İsmayılzadənin bildirməsinə görə, həbsxananın əməkdaşı vəkilə məktubu T.Bağırova çatdırdığını bildirib.

T.Bağırovun yaxınları onun Qobustan həbsxanasında özünə təzyiqlərə, həmçinin orada saxlanan Nardaran məhbusları Abbas Abbasovun, Cabbar Cabbarovun işgəncəyə məruz qalmasına etiraz olaraq, 9 gündür aclıq etdiyini bildirir.

Penitensiar Xidmət isə bu haqda deyilənləri təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosu-na bildirib ki, ümumiyyətlə, Penitensiar Xidmətin müəssisələrində aclıq edən məhkum yoxdur. Onun sözlərinə görə, işgəncə barədə məlumatlar da həqiqəti əks etdirmir: "Sadəcə, həbsxana rejimində saxlanma qaydaları başqa həbs yerlərində fərqlənir. Bu rejimdə cəza çəkən məhkumlar da o qaydalara riayət etməlidir. Qaydalar çərçivəsində davranan məhkumla heç kimin işi yoxdur". (Turan)


Taleh Bağırovun ailə üzvləri onun taleyindən narahatdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübariz Mənsimovdan onun haqda sifarişli yazı yazanlara və yazdıranlara SƏRT SÖZLƏR
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, bu haqda sosial şəbəkə profilindən tanınmış iş adamı Mübariz Mənsimov özü status paylaşıb, bunu bəzi saytlar xəbər kimi yayıblar...
     18.04.2019
    Keçmiş bələdiyyə sədrinin ibtidai istintaqı başa çatıb
    Göygöl rayonu, Zurnabad bələdiyyəsinin sabiq sədri Daşqın Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
     18.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ