1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.04.2018 13:21:18

Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə MBH sədri Tale Bağırzadənin həbs müddətinin artırılmasıyla bağlı apellyasiya məhkəməsi keçirilib

İslamazeri.cm xəbər verir ki, Tale Bağırzadə aprelin 16-da yenidən məhkəmə qarşısına çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində onun 20 illik cəzasının daha beş ay artırılması barədə hökmdən verilən şikayətə baxılır. İlkin baxış iclasında T.Bağırzadə deyib ki, işinə məhkəmələrdə baxılmasına etiraz edir. 

T.Bağırzadə bu dəfə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirləndirilir. İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd «microSD» tipli yaddaş kartları aşkar edilib.

T.Bağırzadənin vəkili Fariz Namazlı həmin kartlarla bağlı rəy vermiş ekspertin məhkəmədə dindirilməsi və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə vəsatətlər qaldırıb.

Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə baxışı aprelin 23-nə təyin olunub.

"Müsəlman Hərəkatı"nın sədri Tale Bağırzadə həbsini siyasi hesab edərək heç bir ittihamı qəbul etmir.


Tale Bağırzadənin həbs müddətinin artırılmasıyla bağlı apellyasiya məhkəməsi keçirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "İmam Hüseyn" deyəndə ağlınıza ilk nə gəlir?
     19.09.2018
    İlham Əliyev onları təltif etdi - SİYAHI
    İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ