EURO 2,0368 NEFT 55,03
USD 1,7007 RUB 0,0293
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:29.12.2016 19:10:05

Rusiya, İran və Türkiyə Suriyanı “bölüşdürürlər”?

Rusiya, İran və Türkiyə arasında əldə olunmuş razılaşmaya əsasən Suriya bu regional dövlətlər arasında nüfuz dairələrinə bölünməli, prezident Bəşər əl-Əsədsə azı bir neçə il öz postunda qalmalıdır.

Bu razılaşmada habelə Əsədin ələvi təriqətinin nəzarətində olan etnik muxtariyyətlər də nəzərdə tutulub, lakin bu məqam Əsədin özü, qiyamçılar, Körfəz ölkələri və ABŞ-la razılaşdırımalı olacaq.

Rusiyanın Xarici İşlər Nazirliyinə yaxınlığı ilə tanınan Beynəlxalq İşlər Şurasının direktoru Andrey Kortunovun dediyinə görə bu məsələdə kompromisə doğru irəliləyiş olub.

Kortunov deyir ki, yekun sazişin əldə edilməsi asan olmayacaq, çünki bu razılaşmaya əsasən prezident Əsədin səlahiyyətləri üç regional gücün nəfinə azaldılacaq.

Rusiya və Türkiyə onun hakimiyyətdə qalmasına yalnız növbəti prezident seçkisinədək imkan verəcəklər. Bundan sonra o yerini daha mötədil və daha az bölücü ələvi namizədə verəcək.

Mənbələr bildirirlər ki, İranı bütün bu planları qəbul etməyə sövq etmək lazım gələcək. Bütün hallarda Əsəd, özünə və ailəsinə verilən təhlükəsizlik təminatı ilə postunu tərk etməli olacaq.

Kortunov bunu da bildirib ki, Əsədin yerinə namizəd kimi bir neçə ad artıq hallandırılır.

Bununla belə, Kortunov “hallandırılan adlardan” heç birini açmaq istəməyib.

 

Rusiya “SSRİ” olmaq istəyir

 

Sülh prosesinin istiqamət və nəticəsindən asılı olmayaq Vladimir Putin burada Rusiyanın liderliyinə nail olmaqla Moskvanı supergüc kimi bir daha təsdiqləməyə can atır.

Britaniyanın Rusiyadakı keçmiş səfiri lord Tony Brenton deyir ki, dünyadakı proseslərə dəyişdirici təsir etmək Moskvanın “ən böyük mükafatı” olacaq.

“Biz bu işlərlə Birləşmiş Ştatların məşğul olmasına adət etmişik və unutmuşuq ki, ruslar da bir vaxtlar bu işi görürdülər” – deyib səfir.

Rusiyaya yaxın mənbələr Reuters agentliyinə bildiriblər ki, Rusiya məqsədinə nail ola bilsə, Suriya hökuməti ilə müxalifət arasında danışıqlar Qazaxıstan paytaxtı Astanada, yanvar ayının ortalarında olacaq.

Bu danışıqlar BMT-nin apardığı danışıqlardan fərqlənəcək və onun ilk mərhələsində Birləşmiş Ştatlar iştirak etməyəcək. Bu, Vaşinqtonda bəzilərini xeyli əsəbiləşdirir.

Adının çəkilməsini istəməyən rəsmilərdən biri deyib ki, “iqtisadiyyatı İspaniya boyda olan Rusiya” belə görünür, nə istədiyini bilir.

“Amma düşünmürəm ki, türklər və ruslar bunu bizsiz edə biləcəklər” – deyib həmin ABŞ rəsmisi.

Rusiya mənbələri bildiriblər ki, ilkin mərhələ ölkə boyunca atəşkəsin bərqərar edilməsi olacaq.

Yalnız bundan sonra prosesıə Körfəz ölkələri və Birləşmiş Ştatlar qoşula biləcəklər.

Bir az da sonrakı mərhələdə prosesə Avropa İttifaqı da cəlb oluna biləcək. Çox güman ki, Avropadan və Körfəz ölkələrindən Suriyanın bərpası və yenidən qurulmasının maliyyələşdirilməsi istənəcək.

Bütün hallarda Rusiya-İran-Türkiyə ittifaqı yöndəmsiz görünür. İran və Rusiya Əsədi dəstəkləyiblər, Türkiyə anti-Əsəd qüvvələrini.

Buna görə də, Kremlə yaxın mənbələr bildirirlər ki, Rusiya Türkiyə ilə səhnə arxasında bir çox sövdələşmələrdə olub.

 

Türkiyə: Bir addım irəli, iki addım geri

 

Türkiyə rəsmiləri bildirirlər ki, hazırda Əsədin vəzifədən getməsi onlar üçün prioritet deyil və başlıca məsələ “terrorizmin məğlub edilməsidir”.

"Bu o demək deyildir ki, biz Əsədi qəbul edirik. Lakin biz anlaşma əldə etmişik. İŞİD-in kökü kəsiləndən sonra, Rusiya Türkiyənin Suriyada PKK-nı bitirməsinə dəstək verə bilər” – deyib adının çəkilməsini istəməyən Türkiyə rəsmisi.

"Əlbəttə bizim İranla fikir ixtilafımız var. Lakin biz qarşılıqlı problemlərimizi həll etmək barədə razılığa gəlirik” – deyib həmin rəsmi.

Ankarada mənzillənmiş Türkiyə-Rusiya Tədqiqatlar Mərkəzinin rəhbəri Aydın Sezer isə deyir ki, Türkiyə Suriyada hakimiyyət dəyişikliyi tələbindən tamamilə əl çəkib.

Buna baxmayaraq Ankara ictimai bəyanatlarında anti-Əsəd mövqeyində qaldığını vurğulayır. Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoglu dekabrın 28-də deyib ki, Əsədlə birlikdə keçid prosesi mümkün deyildir.

Britaniyanlın keçmiş səfiri Brenton isə deyir ki, Moskvanın Ankara ilə razılaşmaya girməkdə bircə məqsədi var idi: müxalifəti Hələbdən çıxarmaq və danışıqlar masasının arxasına gətirmək.

Mövqe dəyişikliyi etməklə Moskva və Ankara realpolitikadan çıxış edirlər. Rusiya Suriyada uzun sürən müharibədə ilişib qalmaq istəmir, lakin eyni zamanda Suriyanın bütöv saxlanmasına çalışır.

Türkiyə qeyri-rəsmi olaraq Suriyanın şimalındakı sərhəd zolağına nəzarəti saxlamağa çalışır. Onun məqsədi burada qaçqınları yerləşdirmək və buranı anti-Əsəd müxalifətinin bazası etməkdir. Bu bufer zonası eyni zamanda Suriya kürdlərinin cilovlanmasına xidmət etməlidir.

Son zamanlar söhbət xüsusilə də Hələbin 40 kilometrliyindəki əl-Bab şəhərinin İŞİD-in əlindən alınmasından gedir. Erdoğan ümid edir ki, Türkiyənin dəstəklədiyi Suriya qiyamçıları bu şəhəri kürd qüvvələrindən əvvəl tuta biləcəklər.

Bəzi mənbələr bildirirlər ki, Türkiyə ilə Rusiya arasında əldə olunmuş məxfi razılaşmaya görə Hələbdən çıxarılan qiymaçılar əl-Bab şəhərinin alınmasında Türkiyəyə kömək edə bilərlər.

 

İranın faktoru

 

İranın bu sövdələşmələrdən əldə etdiyi daha mürəkkəb izah olunandır. İranın ali rəhbəri Ayətullah Xamneyinin baş müşaviri Əli Əkbər Vilayəti deyib ki, Hələbin süqutu regionda vəziyyəti kökündən dəyişəcək.

Əsədə Hələbi almaqda kömək etməklə İran Tehrandan Beyruta gedən quru yolunun açılmasına nail olub və indi bu yolla Livandakı "Hizbullah"ı silahlarla təchiz edə bilər.

Rusiya və Qərb mənbələri bildirirlər ki, İran indilik Əsədin hakimiyyətdə qalmasında israr edəcək.

İran Səudiyyə Ərəbistanının Suriya sülh prosesində iştirakını qəbul etmir.

Suriyada daha geniş sülh sazişinin perspektivləri ətrafında şübhələr getdikcə artır.

Buna görə də Vaşinqtondajkı Yaxın Şərq Siyasəti İnstitunun məsləhətçisi Dennis Ross deyir ki, o Rusiya-Türkiyə-İran sazişinin Suriyaya sülh gətirəcəyinə şübhə edir.

"Mən bu sazişin hətta Hələbin süqutundan sonra da Suriyaya sülh gətirəcəyinə şübhə edirəm, - deyib Ross Reuters agentliyinə, - Əsədin mövcudluğu müxalifətlə daimi münaqişə mənbəyi olaraq qalmaqda davam edəcək”. (CNBC/Azadlıq Radiosu)


Suriyanın bundan sonrakı taleyi necə olacaq ? - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakkaridə PKK-nın 37 mağarası ələ keçirildi - FOTOLAR
    TSQ əməliyyat çərçivəsində bu gün çox sayda silah, sursat və vəsait ələ keçərildiyini bildirib.
     19.09.2017
    Misir XİN-dən Qətər açıqlaması
    Misir xarici işlər naziri "13 maddəlik tələb siyahısını yerinə yetirdiyi təqdirdə Qətərlə dialoqa hazırıq",- deyib.
     19.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ