1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:01.05.2017 19:28:08

Rusiyalı bir mənbə ABŞ-ın bölünmüş Suriya xəritəsindən danışıb. Rusiya Müdafiə Nazirliyinin əldə etdiyi xəritədə Suriya 4 əsas nüfuz zonasına bölünür. Rus mənbə, "ABŞ-ın planının qarşısı Rus-Türk əməkdaşlığı ilə alına bilər" - deyib.

İslamazeri.com xəbər verir ki, ABŞ-ın müharibədən sonra Suriya üçün hazırladığı xəritəni "Aydınlık" əldə edib. Dəməşqdə "Aydınlık"-a danışan Rus mənbə, ABŞ-ın hazırladığı Suriyanı nüfuz sahələrinə bölən xəritənin detallarını açıqlayıb. Dərin Yaxın Şərq təcrübəsi olan və bölgə dillərini bilən mənbə xəritənin "görünüşdə Suriyanın bütövlüyünü qoruduğunu, ancaq İraq kimi bölünmüş inzibati və siyasi bir plan",- olduğunu deyib.

 

ABŞ-IN BÖLÜNMÜŞ SURİYA PLANI

 

Sözügedən ABŞ məhsulu xəritədə; Ölkənin şərqi ABŞ-ın himayəsi altında PYD-yə, qərb bölgəsi və sahil qismi Rusiyanın himayəsi altında Suriya hökumətinə, "Fərat Qalxanı" müdafiə qüvvəsinin yerləşdiyi ərazi Türkiyə himayəsinə və cənub qismi ABŞ, İsrail, İordaniya dəstəyindəki silahlı qruplara həvalə edilmiş kimi göstərilir.

ABŞ-ın Suriyanı parçalara ayıran xəritəsinin detalları bu şəkildədir:
Raqqa, Həsəkə və Deyr əz-Zor ABŞ bölgəsi; Şimal cənub istiqamətində Hələb, Dəməşq xətti Rusiya bölgəsi; Əl-Bab və ətrafı Türk bölgəsi; Mənbicdə Türk bölgəsi ilə PYD kantonları arasında xüsusi bir statuslu bölgə, İordaniya sərhədindən Dəməşqin şərqindəki Qaləmun dağlarına qədər olan ərazi isə ABŞ, İsrail və İordaniyanın İŞİD-ə qarşı irəliləyiş və müdaxilə sahəsi kimi göstərilir.


ABŞ NƏ ÜÇÜN SURİYANIN ŞƏRQİNİ İSTƏYİR?

 

ABŞ ötən iki ayda Suriyanın şərqində bir sıra hərbi həmlə etdi. Trampın prezident olması ilə YPG-yə verilən hərbi dəstək artırılıb. Raqqa əməliyyatı çərçivəsində təşkilata yeni zirehli texnikalar və silahlar göndərilib. Əlavə olaraq ABŞ ordusunun hərbi birlikləri YPG-yə dəstək olmaq üçün regiona göndərilib. Raqqanın qərbindəki Tabqada ABŞ xüsusi qüvvələri YPG ilə birgə əməliyyat keçirib. ABŞ Suriyanın şimalında bütövlükdə altı hərbi hava bazasına nəzarət edə bilən bir nöqtəyə çatıb. Vaşinqtonun gözünü dikdiyi region iqtisadi və coğrafi baxımdan Aralıq dənizindən İrana qədər olan bölgənin ürəyini təşkil edir. ABŞ Raqqa, Həsəkə, Deyr əz-Zor üçbucağını nəzarət altına alaraq üç hədəf güdür. İran ilə Livan arasındakı hərbi və siyasi dəhlizi kəsmək, Suriyanın zəngin neft yataqlarını və kənd təsərrüfatı ərazilərinə nəzarət etmək, eyni zamanda Türkiyə ilə Ərəb dünyası arasındakı əlaqəni PYD kantonları vasitəsilə ləğv etmək.

 

ABŞ-IN SSENARİSİNƏ QARŞI RUS-TÜRK ƏMƏKDAŞLIĞI

 

Rusiyada xəritəni şəxsən analiz etdiyini bildirən mənbə, Rusiya Müdafiə Nazirliyinin ABŞ-ın hazırladığı bölünmüş Suriya layihəsini diqqətlə araşdırdığını bildirib. Suriya böhranı mövzusunda həqiqi həllin Türkiyə ilə Rusiya arasında aparılacaq əməkdaşlıq ilə əldə edilə biləcəyini qeyd edən Rus mənbə, "ancaq bu yolla bölünmə ssenarilərinə mane olmaq olar",- deyib.


Suriyanı parçalamaq üçün xəritəli PLAN

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ