EURO 1,9245 NEFT 65,37
USD 1,7 RUB 0,0252
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:08.11.2018 15:33:39

Suriya ordusunun rəsmisi Afrinlə bağlı danışıb.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya işğal edilmiş Afrin üzərindəki nəzarəti siyasi yollarla geri qaytaracaq, lakin bu metod işləməsə, ordudan istifadə ediləcək. Bunu Suriya ordusunun Siyasi İdarəsinin rəhbəri briqada generalı Həsən Əhməd Həsən bildirib.

“Suriyalılar... uğurlu şəkildə Afrini və digər bölgələri dövlətin nəzarətinə geri qaytaracaqlar. Siyasi proses və ya həll prosesi ilə.”, - deyə o bildirib.  O əlavə edib ki, əgər vəziyyət çıxılmaz hal alarsa, ordudan istifadə ediləcək.

O qeyd edib ki, Türkiyənin Afrinə girməsi beynəlxalq hüquqa ziddir. O, Türkiyəni öz sərhədindən çox sayda terrorçunu Suriyaya buraxmaqda ittiham edib.

Xatırladaq ki, Türkiyə ordusu yanvarın 20-si Suriyanın Afrin bölgəsindəki kürd silahlılarına qarşı “Zeytun budağı” adlı əməliyyat başladıb. Martın 18-i isə Afrin Türkiyə ordusunun nəzarətinə keçib.

Suriya Türkiyənin Afrindəki hərəkətlərini pisləyərək bəyan edib ki, bu ərazi Suriyanın ayrılmaz hissəsidir. Rusiya Afrindəki vəziyyətlə bağlı bütün tərəfləri təmkinli olmağa və Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa səsləyib.


Suriyadan Türkiyəyə mesaj?: Afrini də geri alacağıq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 13.11.18-nin 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 13.11.18-nin 4 önəmli xəbəri - VİDEO
     13.11.2018
    Müəllim qalstuksuz gələn tələbələri döydü - VİDEO
    Hadisə Özbəkistandan baş verib.
     13.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ