Həmah vilayətinin şimal-qərbindəki Əlsirtil təpələri, həmçinin Həsraya və Əlxəlifat məntəqələrini terrorçulardan təmizlənib

Suriya ordusu dünən bu ölkənin qərbində yerləşən Həmah vilayətinin şimal-qərbindəki Əlsirtil təpələri, həmçinin Həsraya və Əlxəlifat məntəqələrini terrorçulardan təmizləyib.
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Suriya ordusunun bu əməliyyatında Cibhətunnusrə terror qrupunun ünsürlərindən bir qrupu məhv edilib; çox sayda ölən və yaralanan var.
Suriya ordusunun qüvvələri çərşənbə günü də Həmah vilayətində yerləşən Ələziziyyə və Əlri məntəqələrini terrorçuların işğalından azad etməyə müvəffəq olmuşdular.
Suriyanın qərbində yerləşən Həmah və şimalında yerləşən İdlib vilayətləri bu ölkədə terrorçuların sonuncu bazalarıdırlar.
Suriyada terrorçulara ağır zərbə: Bu məntəqələr xəvariclərdən təmizləndi