EURO 1,9062 NEFT 52,3
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:18.05.2017 15:34:09

Suriyalı polkovnik ölkəsindəki müharibənin gedişatı haqda danışıb.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya ordusu ölkədəki münaqişədə xaricdən dəstəklənən təcavüzü dəf edə və təşəbbüsü ələ ala bilib. Bu haqda Suriya ordusunun Siyasi İdarəsinin başçısı polkovnik Usamə Həddur açıqlama verib.

Suriyadakı hərbi-siyasi münaqişə 2011-ci ildən davam edir. Rəsmi Dəməşq Fars körfəzinin ərəb ölkələrini, Türkiyə və Qərbi hökumətə qarşı mübarizə aparan silahlı qruplaşmaları dəstəkləməkdə ittiham edir.

“Suriya 6 ildir ki, öz geostrateji yerinə görə şiddətli terror müharibəsinə məruz qalır... Bu müharibəni region və dünyadakı çox sayda rejimlərdən hərbi və siyasi dəstək alan terror qruplaşmaları aparır.”, - deyə Həddur bildirib.

“Bu gün mən deyə bilərəm ki, Suriya Ərəb Ordusu dostları və müttəfiqlərinin dəstəyi ilə bu təcavüzkar müharibəni dayandıraraq, təşəbbüsü ələ ala bilib.”, - deyə o əlavə edib.

Hərbçinin sözlərinə görə, hazırda dövlət Suriya şəhərlərinin əksəriyyətini öz nəzarəti altına ala bilib, qeyri-qanuni silahlı qruplaşmalar isə, əksinə, “məhdud rayonlarda mühasirəyə alınıblar” və “parçalanma və daxili müharibə” dövrünü yaşayır.


“Suriya ordusu təşəbbüsü ələ ala bildi”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI
    “Forbes” jurnalı dünyanın ən çox gəlir əldə edən futbolçuların adlarını açıqlayıb.
     27.05.2017
    Şəkinin turizm mərkəzinə gedən yol yenidən qurulur - FOTO
    Tarixi tikililəri ilə məşhur olan Şəkinin qədim yaşayış məskəni Kiş kəndinə və bura yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yolunu yenidən qurulmasına başlanıb.
     27.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ