EURO 2,007 NEFT 62,15
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:19.05.2017 18:05:26

Suriya ordusu ABŞ və Britaniyanın dəstəklədiyi "Azad Suriya Ordusu"nun Deyr əz-Zora irəliləyişini dayandırmaq üçün İraq-İordaniya sərhədinə doğru əməliyyatını davam etdirir.

İslamazeri.com "Al Masdar"a istinadən xəbər verir ki, Dəməşq-Bağdad yoluna əlavə qüvvələr göndərib. Əl-Tanf sərhəd qapısına doğru irəliləyən orduya "Hizbullah", iraqlı qüvvələr, milli müdafiə qüvvələri və SSNP-li qüvvələr dəstək olur.

Dünən Amerika təyyarələri Dəməşq-Bağdad yolundakı bir ordu dəstəsiini vurmuşdu. Suriya mənbələri hücumda tanklar və zirehli vasitələrlə yanaşı 6 nəfərin də öldüyünü bildirmişdi.

Dəməşqin şərqi və İraq sərhədi ABŞ, Suriya, İran, Hizbullah və İraqın qarşı-qarşıya gəldiyi kritik bir qovşaq halına gəlmiş vəziyyətdədir.

İraq Baş Naziri Heydər əl-Abadinin Suriya Prezidenti Bəşər Əsədə İraq-Suriya sərhədini təmizləmə təklifi etməsilə də birlikdə ABŞ İraq ilə Suriya qüvvələrinin birləşməsinə mane olmaq üçün səyləri intensivləşdirib.


Suriya ordusu İraq-İordaniya sərhədinə doğru irəliləyişini davam etdirir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ