EURO 1,9398 NEFT 61,09
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:09.11.2018 00:00:29

Bundan başqa, Həsən ABŞ tərəfilə razılaşmamış olsa, Ərdoğanın bu tip bir açıqlama verə bilməyəcəyinə inandığını da qeyd edib.

Suriyalı general Həsən Əhməd Həsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fərat çayının şərqindəki kürd qüvvələrinə qarşı əməliyyat başlada biləcəkləri istiqamətindəki açıqlaması haqqında Rusiyadan cavab gözlədiklərini deyib.

İslamazeri.com xəbər verir ki, Suriya ordusunun siyasi bürosunun rəhbərliyində olan general Həsən "Sputnik"-ə verdiyi açıqlamada, Ərdoğanın Türkiyənin Fəratın şərqində bir əməliyyata hazırlandığının siqnalı olaraq görülən bəyanatlar verməsinə dair olaraq bu ifadələri işlədib: "Buna (başladılması halında əməliyyata) hər kəs cavab verməlidir. Cavab yalnız Suriya ordusundan deyil, davamlı olaraq koordinasiya yaradan və Türkiyə ilə müqavilələr bağlayan rus dostlarımızdan da gəlməlidir".

Bundan başqa, suriyalı general ABŞ tərəfilə razılaşmamış olsa, Ərdoğanın bu tip bir açıqlama verə bilməyəcəyinə inandığını da qeyd edib.

Qeyd edək ki, Ərdoğan ötən həftə verdiyi açıqlamada, Suriyanın şimalında yeni əməliyyat başlada biləcəklərinin siqnalını vermişdi: "Fəratın şərqindəki terror qruplaşmasını da dağıdacağıq. Planımızı, proqramımızı da qurmuşuq. Ötən günlərdə buna da başlamışıq. Yaxın vaxtlarda terror təşkilatının üzərinə gedəcəyik. Bir gecə qəflətən gələ bilərik".


Suriya Ordusu: Fəratın şərqinə əməliyyat üçün Rusiyadan cavab gözləyirik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sturuktur islahatları davam edir: Prezident yeni qurumlar yaratdı - SƏRƏNCAM
    Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
     17.01.2019
    Press TV-nin müsəlman xanım jurnalisti ABŞ-da saxlanılıb
    Xanım Haşimi heç bir konkret cinayətdə ittiham edilmədən həbsdə saxlanılır.
     17.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ