Suriya Ordusu və Silahlı Qüvvələrinin Baş Komandanlığı ABŞ, Fransa və İngiltərənin birlikdə keçirdikləri əməliyyatla bağlı açıqlama verib

İslamazeri.com SANA-ya istinadən xəbər verir ki, Suriya Ordusu və Silahlı Qüvvələrinin Baş Komandanlığı ABŞ, Fransa və İngiltərənin birlikdə keçirdikləri əməliyyatla bağlı açıqlama verib.
Suriya Ordusu və Silahlı Qüvvələrinin Baş Komandanlığının bildirdiyinə görə, ABŞ, Fransa və İngiltərə Şam və digər bölgələrə 110 raket atıb. Lakin Ordunun Havadan Müdafiə Sistemləri bu raketlərin əksəriyyətini göydə vurub.
Hücum zamanı 3 nəfərin yüngül yaralandığını bildirən Suriya Ordusu və Silahlı Qüvvələrinin Baş Komandanlığı maddi ziyanın da dəydiyini qeyd edib.
Komandanlıq hücumların Suriya Ordusu və dəstəkçilərinin anti-terror əməliyyatlarına maneə olmayacağını da sonda açıqlayıb.
Suriya Ordusu Baş Komandanlığı: 110 raketin əksəriyyətini zərərsizləşdirdik