"Suriya münaqişəsinə səthi yanaşmaq olmaz."

İslamazeri.az-ın "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, Suriyadakı münaqişə Yaxın Şərqin bütün ölkələrinə təsir edir. Bu haqda "Rusiya-İslam Dünyası" Strateri Araşdırmalar Mərkəzinin prezidenti Şamil Sultanov danışıb:
"Türkiyənin daxili vəziyyəti Suriyadakı vəziyyətdən asılıdır. İran və İraqın münasibətlərinin necə irəliləməsi, bir çox halda Suriyadakı işlərin nə cür geməsindən asılıdır. Bundan başqa, Suriyanın Misir, İsrail və İordaniyaya da ciddi təsiri var. Yəni, demək olar ki, bu münaqişənin bütün region ölkələrinə təsiri var.", - deyə o bildirib.
Sultanovun fikrincə, Suriyadakı münaqişə olduqca çətin və çoxtərəfli xarakterə sahibdir.
"Münaqişəni Rusiya-ABŞ, Putin-Tramp və ya kürdlərlə Türkiyə arasında bir məsələ hesab etmək düzgün olmaz. Suriya münaqişəsinə bu cür səthi yanaşsaq, birmənalı olaraq məğlub olarıq.", - deyə o qeyd edib.
Suriya münaqişəsi bütün Yaxın Şərqə təsir edir - MÜTƏXƏSSİS RƏYİ