EURO 1,8691 NEFT 51,08
USD 1,7201 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:24.10.2016 17:47:28

"Əsədin taleyini yalnız və yalnız Suriya xalqı həll etməlidir."

İslamazeri.az xəbər verir ki, Suriyadakı münaqişə ABŞ oradakı hakimiyyət dəyişikliyi barədəki öz fikrini yenidən gözdən keçirməyənə qədər davam edəcək. “Ron Polun Sülh və Tərəqqi İnstitu”nun direktoru Deniel Makadams “Sputnik”ə verdiyi müsahibədə bildirib.

“ABŞ Prezidentinin kim olacağından asılı olmayaraq, prezident olacaq şəxsin ABŞ-ın Suriya barədə olan siyasətinin, yəni Suriyada rejimin dəyişməsinə dair siyasəti yeganə məqsədəuyğun yol olmadığını dərk edənədək Suriyadakı münaqişə davam edəcək”, - deyə Makadams bildirib.

Onun fikrincə, ABŞ Suriyadan getməlidir. Lakin bunu nə Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp, nə də Demokratlar Partiyasından olan namizəd Hillari Klinton Ağ Ev başçısı postunu tutduqdan sonra edəcək.

Onlardan birinin bizə lazım olan işi, yəni sadəcə Suriyadan getməyi qəbul edəcəyinə inanmıram. Onlardan birinin Suriya xalqını öz problemlərini məsələyə qarışmış müttəfiqləri olan ruslar və iranlılarla birlikdə həll etmək üçün baş-başa buraxacağına inanmıram.”, - deyə Makadams əlavə edib.

Onun fikrincə, Klinton Prezident seçiləcəyi təqdirdə bu məsələdə daha aqressiv olcaq. “O artıq deyib ki, xüsusi təyinatlı qüvvələrin, HHQ bombalarının və MKİ-in istifadə edilməsində meyillidir.”, - deyə Makadams qeyd edib.

Onun fikrincə, Tramp İŞİD terror təşkilatının “ABŞ-ın regiona müdaxilə etməsi nəticəsində” yarandığını anlamır. “O daha çox buna görə regiona müdaxilə etmək istəyir. O hesab edir ki, müdaxilə İŞİD və digər terror təşkilatlarını zəiflədəcək.”, - deyə Makadams qeyd edib. O əlavə edib ki, Tramp ya öz məsləhətçilərinə qulaq asmır, ya da onun mütəxəssislər komandası Vaşinqtonda üstünlük təşkil edən “eyni cür köhnə fikirli” insanlardan ibarətdir.

Xatırladaq ki, Moskva daha əvvəl dəfələrlə bildirib ki, Suriyadakı əsas hədəf münaqişənin siyasi yolla həll edilməsidir. Əsədin taleyini isə yalnız və yalnız Suriya xalqı həll etməlidir.


Suriya münaqişəsi ABŞ öz siyasətini dəyişməyənədək davam edəcək - ABŞ-lı mütəxəssis

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtən 5 min eşşəyin axtarışı: “8-ci kilometr” bazarında murdar ət satışı... - VİDEO, FOTOLAR
    Azərbaycanda murdar, qida üçün yararsız olan ölmüş heyvan ətlərini satışa çıxaran, “Leşyığanlar mafiyası” kimi tanınan qruplaşmanın kökünü kəsmək mümkünsüz görünür.
     28.03.2017
    Eldar Mahmudovun oğlunun şəriki axtarışa verildi
    Məlumatda qeyd olunur ki, 1972-ci il təvəllüdlü Ayaz Kərimov vəzifə səlahiyyətlərini aşma və özgəsinin əmlakını ələ keçirməkdə təqsirləndirilir.
     28.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ