EURO 1,8361 NEFT 57
USD 1,7352 RUB 0,03
  1. http://www.islamazeri.az/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:11.01.2017 13:59:56

ABŞ-ın "Newsweek" jurnalı Suriya müharibəsini şərh etdiyi bir analizdə strateji şəhər olan Hələbin müstəqilliyindən bəhs edib və bu müharibəni "Hizbullah"ın qələbəsi olaraq açıqlayıb, İslami Müqavimət Hərəkatının Livan və Suriyadakı mövqeyini möhkəmləndirdiyini yazıb...

ABŞ-ın "Newsweek" jurnalı Suriya müharibəsini şərh etdiyi bir analizdə strateji şəhər olan Hələbin müstəqilliyindən bəhs edib və bu müharibəni "Hizbullah"ın qələbəsi olaraq açıqlayıb, İslami Müqavimət Hərəkatının Livan və Suriyadakı mövqeyini möhkəmləndirdiyini yazıb.

İslamazeri.az xəbər verir ki, "Newsweek" bu analizində Hələb döyüşü zamanı Hələbdə "Hizbullah" bayraqlarının "Nusra Cəbhəsi" kimi terrorçu qrupların bayraqlarının yerinə dalğalanmasına işarə edilib. 22 dekabr 2016-cı ildə Suriya Dövləti, "Hizbullah" və Rusiyanın köməyi olduqca xərcli və uzun bir prosesdən sonra (Hələb məsələsində) qələbəyə çatıb.

"Newsweek" həmçinin Suriya xalqının bir qisminin islahat tələblərini (Onlar inqilab və inqilabçılar kimi anılır) İŞİD və "Nusra" kimi terrorçu qrupların əlindən alındığını açıqlayıb: "Hizbullah" yəqin ki, çox yaralı və şəhid verməsinə baxmayaraq qələbə qazandı. Suriya müharibəsi hələ ki, bitməyib, daxili və xarici düşmənlər "Hizbullah"a qarşı olmasına baxmayaraq, "Hizbullah" Livanda öz güclü olduğu mövqelərini daha da möhkəmləndirmişdir.

ABŞ jurnalı qeydlərinin davamında "Hizbullah"ın Suriya Prezidenti Bəşər Əsəd kimi gücləndiyini bildirərək, Suriya İnsan Haqları müşahidəçisinin; "Hizbullah indiyə qədər 1300 döyüşçüsünü itirməsinə baxmayaraq bu qrupa inananlar mükafatlandırılıblar; "Hizbullah" bu ölkədə yalnız Əsədi qorumadı eyni zamanda öz mövqeyini da gücləndirdi."- dediyini bildirib.

Bu qeydlərin davamında "Hizbullah"ın Livan və Suriyada güc qazanmasının dəlillərinə işarə edilib; İlk dəlil olaraq, Livan Prezidenti Mişel Aunun bu qrupun qələbəsini siyasi arenada qəbul etdiyinə işarə edilmişdir. Üsyançıların radikallaşma prosesinin şiddətlənməsiylə terrorçu qruplar daha böyük bir təhdid olaraq görülüb. "Hizbullah" İŞİD ilə Livan arasındakı yeganə maneə olduğu bildirilib.


Suriya müharibəsinin əsl qalibi "Hizbullah"dır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Livan parlamentinin spikeri: İran bu əməlinə görə hədəfə alınır
    Livanın parlament sədri Nəbih Berri Tehranda keçirilən Fələstin konfransında çıxış edib...
     21.02.2017
    Sergey Lavrov: ABŞ Rusiya səfirini dinləyib
    Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ məlumat sistemlərinin Rusiya səfirini dinlədiklərini bildirib...
     21.02.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ