1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:13.09.2019 13:24:22

Türkiyənin xarici siyasətini bərbad edən Əhməd Davudoğlu AK Partiyadan çıxarılıb və o sonra istefa verdiyini açıqlayıb

İslamazeri.com xəbər verir ki, Türkiyənin xarici siyasətini bərbad edən Əhməd Davudoğlu AK Partiyadan çıxarılması üçün partiyanın İntizam  Şurasına çağırılsada, o  istefa verdiyini açıqlayıb.

Davudoğlu keçirdiyi mətbuat konfransında yeni hərəkat yaratdığını da bildirib.

"Yeni bir siyasi hərəkatı inşa etmək bizim üçün tarixi məsuliyyətdir. Bu çərçivədə  siyasi baxışından asılı olmayaraq bu ölkə üçün məsuliyyət hiss edən hər kəsi birlikdə işləməyə dəvət edirik.", -deyə Davudoğlu əlavə edib.

Ədalət İnkişaf Partiyası (AKP) İntizam Şurasında barəsində partiyadan çıxarılma tələb olunan Davudoğlu qərarı gözləmədən istefa verdiyini açıqlayıb.

Onunla birlikdə  Selçuk Özdağ, Ayhan Sefer Üstün, Abdullah Başcı, AKP-nin sabiq  İstanbul sədri  Selim Temurci və sabiq Ankara sədri Nedim Yamalının olması diqqət çəkib.

Qeyd edək ki, Davudoğlu Türkiyənin Xarici siyasətində Suriya böhranının əsas memarlarından biri sayılır. Onun İŞİD və digər terror qruplaşmalarına ara-sıra üstüörtülü müdafiə etməsi, Rusiya və İran arasında diplomatik əlaqələrin pisləşməsi üçün əlindən gəldiyi hər şeyi etdiyi açıq-aşkar görülürdü.

Çıxışları zamanı "Bəşər Əsəd getməlidir" cümlələrini tez-tez dilə gətirən Davudoğlunun özünün bu gün AKP-dən getməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Onu da qeyd edək ki, Davudoğlunun Azərbaycana da mövqeyi qardaşcasına olmayıb. Davudoğlunun erməni müşaviri,  Etyen Mahçupyan nə qədər özünü Türkiyə vətəndaşı saysa da, illər öncə Davudoğlunun müşavirliyini edərkən terrorbaşı Fətullah Gülənə bağlı "Zaman" qəzetində Sumqayıt hadisələri haqda belə demişdi: “Sumqayıtda (isə) bu coğrafiyada yad olmadığımız bir qətliam yaşanmışdır. O gün azərilər kiçik qruplar halında təşkilatlanıb silahlanmış, ermənilərin ev və iş yerlərinə hücum etmiş, polisin gözü önündə onların evilərini yandırmışlar. Qeyri rəsmi rəqəmlərə görə, onlar bir neçə yüz nəfəri öldürmüşlər.”


Suriya böhranının memarlarından biri Davudoğlu AKP-dən istefa verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran ABŞ casusunu edam etdi
    Edam edilən şəxs İran MN-in aerokosmik sektorunun keçmiş əməkdaşı olub.
     14.07.2020
    Düşmənin kapitan və mayoru məhv edildi - İtkilərini gizlədə bilmir...
    İşğalçı Ermənistan rejiminin mayor və kapitanı öldürülüb.
     14.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ