1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:22.06.2018 01:54:52

Qərb koalisiyası dinc sakinləri bombardman edib.

İslamazeri.com-un SANA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyanın Deyr-əz-Zor əyalətinin əş-Şafə kəndinə hava zərbələri endirib. Hücum nəticəsində 8 dinc sakin həyatını itirib.

Qeyd edilir ki, hücum zamanı yaralananlar da olub, çox sayda ev dağılıb.

Həmçinin Homs əyalətində, Palmiradan 150 km şərqdəki hökumət qüvvələrinin də mövqelərinə hava hücumu barədə xəbər verilir.

Hərbi mənbənin məlumatına görə, Suriya ordusunun 1 zabiti həlak olub.

Bombardman suriyalıların Əl-Həlba istiqamətində hərəkət edən ABŞ-a məxsus 3 maşına atəş açmasından sonra başlayıb.

Bildirilir ki, suriyalı hərbçilər və ABŞ-dan olan hərbçilər arasında qurudakı toqquşma ilk belə hal oldu.

Mənbənin sözlərinə görə, maşınlar ABŞ bazasının yerləşdiyi ət-Tənfdən hərəkət edirdi.


Suriya-ABŞ arasında ilk quru toqquşması: Əsgərlər və dinc sakinlər bombardman edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "İmam Hüseyn" deyəndə ağlınıza ilk nə gəlir?
     19.09.2018
    İlham Əliyev onları təltif etdi - SİYAHI
    İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ