1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:21.05.2019 14:55:42

İraqın sünni din xadimlərinin İranla bağlı ilk bu cür fətvasıdır

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İraqın əhli-sünnə müsəlmanlarının Vəqf İşləri üzrə İdarəsinin başçısı şeyx Əbdül-Lətif Ali Həmim fətva verərək sünniləri İranı qorumağa səsləyib.

İraq KİV-ləri qeyd edir ki, iraqlı müftinin bu mövqeyi misilsizdir.

İraqlı din xadimi sünnilərə müraciət edərək deyib: “Hamı İranın müdafiəsinə qalxmağa hazır olmalıdır. Bu difa şəriətə görə vacibdir və hamı da bu fətvaya tabe olmalıdır”.

Qeyd edilir ki,  Səddam Hüseynin devrilməsindən sonra, bu, İraqın sünni din xadimlərinin İranla bağlı ilk bu cür fətvasıdır.

Şeyx Əbdül-Lətif bildirib ki, təkcə İraq yox, bütün İslam ümməti ABŞ-ın İran və istənilən digər İslam və ya ərəb ölkəsinə təcavüzü zamanı müqavimət göstərməlidir.

O, ABŞ-ı “qəsbkar və işğalçı” adlandırıb.

Yaxın Şərq və İslam dünyasında baş verən bütün dəyişikliklər planın hissəsidir. Həmin planın məqsədi isə, İslam dünyasının ən güclü oyunçularını zərərsizləşdirmək və regional oyunçuları aradan aparmaqdır. Bütün bunların arxasında isə sionist rejiminin qorunması məqsədi güdülür”, - deyə o qeyd edib.

Bu səbəbdən də ABŞ-ın İrana qarşı “düşmən siyasəti” yürütdüyünü deyən müfti əlavə edib ki, bütün regional oyunçular zərərsizləşdirilənədək, bu layihənin icrası davam edəcək.

Onun sözlərinə görə, buna görə də, bütün İslam ümməti ABŞ-ın yeni təcavüzünün qarşısını almalıdır.


Sünni liderdən fətva: Hamı İranı qorumalıdır! Əmrə tabe olun!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fransada yəhudi və müsəlmanların “qanına susamış” dəstə zərərsizləşdirildi
    Fransada ekstremistlərdən ibarət dəstə zərərsizləşdirilib.
     14.06.2019
    Ayətullah Xamenei: Atom bombası istəsəydik, ABŞ heç nə edə bilməzdi!
    İranın Ali lideri nüvə silahı ilə bağlı danışıb.
     14.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ