Hazırda Sumqayıt məktəblərində şagird sıxlığı problemi hələ də öz aktuallığını saxlamaqdadır. Bu səbəbdən bəzi məktəblərdəki siniflərdə şagird sayınının çoxluğu və çoxluğun qarşısını almaq üçün ikinövbəli rejim tətbiq olunur.

Məlumata görə, Sumqayıt şəhərində 30 məktəbdə tədris ikinövbəli rejimdə aparılır. Bunlar Təbiət Elmləri Təmayüllü Gimnaziya, Texniki və Təbiət Elmləri Liseyi, "Təfəkkür” liseyi və 1, 2, 3, 4, 5, 6, 9, 10, 11, 12, 13, 14, 15, 16, 18, 21, 23, 26, 27, 29, 31, 33, 34, 35, 38, 39, 43 saylı tam orta məktəbləridir ki, bu da şəhərdə yerləşən bütün məktəblərin 60 faizini təşkil edir. Məktəblərin 20-də isə dərslər birnövbəli rejim üzrə keçirilir.
Qeyd edək ki, Sumqayıt şəhərində 50 təhsil ocağı fəaliyyət göstərir.(Xeberle.com)
Sumqayıtda məktəblərin yarıdan çoxu yeni rejimə keçdi